Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir

Tarix: 17-08-2017 18:49     Baxış: 4368 A- / A+
Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir


Hadisələr münaqişənin güc yolu ilə həllinə doğru aparır.
Donald Trampın Qarabağ münaqişəsinin həllinə baxışı əvvəlki adminstrasiyanın yanaşmasına baxanda Azərbaycan üçün daha müsbətdir.
Manevr.az bildirir ki, istiPress-ə bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Azərbaycan mətbuatına müsahibəsini şərh edən politoloq bildirib ki, Tramp adminstrasiyasının münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllində maraqlı olduğu görünür:
“Hoqland ərazilərin geri qaytarılmasından danışanda 5 rayonun qaytarılmasını vurğulamayıb, bu, Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması deməkdir. Həmçinin Dağlıq Qarabağın statusunun sadəcə müəyyən edilməsinə toxunulub. Əvvəlki adminstrasiya isə statusun öz müqəddəratını həll etmək pirinsipi ilə sintezdə müəyyən edilməsini vurğulayırdı”,- deyə Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, ərazi bütbvlüyünü və sərhədlərin toxunulmazlığı prinsipini üstün tutan Amerika Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq əsasında həll etməyə maraqlı olduğunu göstərir:
“Bundan əvvəl NATO da bəyanat verdi ki, postsovet məkanında bütün münaqişələr eyni prinsip əsasında həll edilməlidir. Alyans həm də bəyanat verdi ki, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Abxazlar və osetinlər münaqişə zonasında yaşayan avtoxton xalqlardır və dövlətləri yoxdur, Dağlıq Qarabağ erməniləri isə gəlmədir, həm də ermənilərin dövləti artıq var. Buna görə ermənilərin öz müşəddəratını həll etmək prinsipindən danışmağa haqları yoxdur”,- deyə Qabil Hüsenyli vurğulayıb.

Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir


Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Tramp Qarabağda Azərbaycanın tərəfinə keçir
Lakin Azərbaycan politoloqlarının heç də hamısı Hoqlandın dediklərini ciddiyə almır. Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsnidə Riçard Hoqlandın öir neçə gün öncə “Azadlıq” radiosunun rus redaksiyasına verdiyi müsahibəni yada salır:
“Həmin müsaşibədə Hoqland qoşunların təmas xəttində müşahidə mexanizmlərinin quraşdırılmasının, yəni status-kvonun tərəfdarı kimi çıxış edir. Buna görə də həmsədrlərə çox da güvənmək olmaz. Onlardan münaqişənin həlli üzrə BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb etmək lazımdır”,- deyə politoloq vurğulayıb.
Əslində, münaqişənin həllində əsas sözü Azərbaycan deməlidir və BMT-nin qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı Azərbaycan məcbur etməlidir, təbii ki, beynəlxalq güclər balansını nəzərə almaqla. Hələ ki, Ermənistanı bu məsələdə Rusiya müdafiə edir.
Aprel döyüşlərinin gedişi göstərir ki, Rusiya Qarabağda Ermənistanı ordusuna hər cür dəstək verir. 1990-cı illərdən fərqli olaraq rus əsgəri döyüşlərə birbaşa qatılmasa da, Kremlin kosmik müşahidə cihazları ilə Azərbaycan döyüşçülərinin hərəkət istiqamətini, koordinatlarını ermənilərə verdiyi aydın idi. Əgər münaqişə uzansaydı, Moskvanın köməyi maddi-texniki təchizata və kadr dəstəyinə qədər yüksələcəydi.
Buna görə, Azərbaycan regionda qüvvələr nisbətinin müəyyən qədər dəyişməsini gözləməlidir və Ermənistanda baş verən proseslər buna ümid etməyə imkan yaradır. Hazırda Ermənistanda Rusiya əleyhinə hərəkat xeyli güclənib və rusiyalı politoloq Nikita İsayevin “Vestnik Kafkaza” portalına dediyinə görə, Ermənistanda rusofobiya bəzən 80 faizə qədər yüksəlir. Ermənistan mətbuatı rusiyapərəst indiki hakimiyyətdən qərbyöünümlü siyasətə keçməyi tələb edirsə. Əgər 2018-ci ildə başlayacaq parlament üsul-idarəsi nəticəsində bu baş verəcəksə, Rusiya Cənubi Qafqazdakı yeganə forpostunu itirəcək və Ermənistandan çıxacaq. Bu, o deməkdir ki. İrəvan Qarabağ məsələsində Moskvanın dəstəyini də itirəcək. Həmin ana qədər isə Azərbaycan münaqişənin güc yolu ilə həlli üçün gücünü artırmalıdır. İstiPress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar