Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər – Ekspetlər həyəcan təbili çalır

Tarix: 17-08-2017 07:20     Baxış: 4312 A- / A+
Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər


XXI əsrin sonuna qədər Ermənistandakı ermənilərin yarıbayarı azalacağı təsbit edilib; Düşmən ölkənin ekspertləri həyəcan təbili çalırlar
Ermənistan Milli Statistika Xidməti bu yaxınlarda ölkəni tərk edən vətəndaşların və ümumiyyətlə əhalinin sayı ilə bağlı yeni məlumatlar açıqlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Statistika xidmətinin bu ilin iyulun 1-nə qədər olan məlumatına əsasən Ermənistan əhalisinin sayı 2 979 900 nəfər təşkil edir. Hesabata görə, yanvarın 1-dən etibarən ölkə əhalisi 6,2 min nəfər (0,21%) azalıb. Onlardan 3,4 mini şəhər insanlarıdır.
Rəsmi qurumun özünün etirafı ilə ölkə əhalisinin sayında 10 ildir, sabit şəkildə davam edən azalma var. Son on ildə 243,8 min nəfər (7,57%) ölkəni bu və ya digər səbəblərdən tərk edib. Onlardan 168 mini şəhərlilərdir.
Ölkə ekspertləri isə əhalinin ilbəil azalma tendensiyasının milli təhlükəsizlik baxımından qorxulu hal aldığını söyləyirlər.
Məsələ ilə bağlı Ermənistan Milli Assambleyasında hökumətin ünvanına, özü də iqtidar partiyasından ciddi tənqidlər səslənməyə başlanıb. Ermənistan parlamentinin deputatları Samvel Fərmanyan və Miqran Akobyan demoqrafik vəziyyətin pisləşməyə doğru getməsi ilə əlaqədar payızda çoxpartiyalı qrupun yaradılması təşəbbüsünü irəli sürəcəklərini bəyan ediblər.

Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər


Ermənistanın Qafqaz İnstituunun elmi əməkdaşı Hrant Mikaelyan statistika idarəsinin hələ rəqəmləri qəsdən kiçildtiyini bildirir. Onun fikrincə ölkəni tərk edənlərlə daxil olanlar arasında azı 2 dəfə neqativ fərq mövcuddur.
Mikaelyan azalma prosesinin xüsusilə 2016-cı ildə sürətləndiyini bildirir. Bunun əsas səbəblərinin sırasında iqtisadi inkişafın olduqca aşağı səviyyəyə enməsi ilə bərabər həmin ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin şiddətlənməsi, həmçinin daxili siyasətdə baş verən siyasi təlatümlər və nəhayət ölkədə məhsuldarlığın düşməsini qeyd edir.
“Bütün bunlar emiqrasiyanın artmasına vəsilə yaradıb. Hərbi əməliyyatlar və siyasi problemlər insanların getmək haqqında qərarına ciddi təsir göstərib. Eyni zamanda 2017-ci ildə insanların öz vətənlərnə geri dönməsində xeyli azalma müşahidə edilib”, – erməni ekspert söyləyir.
Politoloqun fikrincə, uzunmüddətli perpektivdə əhalinin sayının azalması ölkənin müdafiə qabiliyyətinin aşağı düşməsi, istehlak bazarının daha da daralması ilə sıx bağlı olacaq.
Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər


Ermənistanın miqrasiya məsələləri ilə bağlı digər eksperti Armen Kazaryan isə prosesin uzunmüddətli perspektiv baxımından ölkənin milli təhlükəsizliyinə təhdid törətdiyini bildirir.
Onun rəyinə görə, bir sıra geopolitik faktorlar və bölgədəki münaqişələr səbəbindən Ermənistan özünün azsaylı əhalisinə rəğmən böyük ordu saxlamağa məcburdur. Əhalinin sayının azalması isə ölkənin silahlı qüvvələrinin insan ehtiyatları ilə təminatına daha çox çətinlik yaradır.
“Bizim hökumətin guya miqrasiyanı önləməklə bağlı konsepsiyası mövcuddur. Lakin indi bu problemə təhlükəsizliyə yönəlik təhdid kimi baxılmalıdır. Buna görə də 2007-ci ildə qəbul edilən milli təhlükəsizlik doktrinasında dəyişikliklər etməyin vaxtıdır”, – Kazaryan vurğulayıb.
Əslində Kazaryanın dediklərini beynəlxalq təşklatlar və qurumlar da təsdiqləyir. BMT-nin İqtisadi və sosil məsələlər üzrə departamentinin iyunun 21-də yaydığı məruzədə Ermənistanın əhalisinin azalma prosesinin XXI əsr boyu davam edəcəyi göstərilib. Proqnozlara əsasən 2017-ci ildə Ermənistanın 2,93 mlyonluq əhalisi 2030-cu ildə 2,91 milyona, 2050-ci ildə 2,7 milyona, 2100-cü ildə isə 1,8 milyona enəcək.
Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər


Etnoqraf Hranuş Xaratyan isə prezident Serj Sarkisyanın ölkə əhalisinin 2040-cı ilə qədər 4 milyon nəfərə çatdırılması ilə bağlı bəyanatını gülünc hesab edib: “Miqrasiyanın azalmasının iqtisadi səbəblərini dərindən analiz etmək lazımdır. Ermənistanda həyat uğrunda mübarizə və insanların acgözlüyü sayəsində torpaqların səhralaşması prosesi gedir. Ölkənin meyvə-tərəvəz təsərrüfatının cəmləşdiyi Ararat (Ağrı) vadisində əkilən torpaq sahələri ilbəil azalır. Kənd əhalisinə yardım göstərə biləcək sosial proramlar yoxdur. Bundan başqa torpaqların səhralaşması prosesinin qarşısının alınması üçün heç bir tədbir görülmür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar