Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür – Brüssel GÖRÜŞÜ

Tarix: 09-08-2017 23:17     Baxış: 4689 A- / A+
Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür


Bu gün Azərbaycan və Ermənistan xarici işlər naziri ATƏT Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən qeyri-formal iclası çərçivəsində görüşəcək. Ya ərazilərin qaytarılması, ya da müharibə. Görüşdə həm də bu iki seçim arasında qərar veriləcəyi ehtimalı yüksəkdir.

İyulun 4-də erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücumu və mülki azərbaycanlıları qətlə yetirməsi Qarabağ münaqişəsi ətrafında situasiyanı dəyişdirdi. Nazirlərin iyulun 11-də görüşəcəyi 4 iyul hücumundan öncə bəlli idi və bu görüş sülh danışıqlarının substantiv məcraya yönəldilməsinə, yəni real müzakirələrə hesablanmışdı. Lakin Ermənistan məhz substantiv danışıqları pozmaq və görüşdə münaqişə ətrafında yeni danışıqlar şərti irəli sürmək məqsədilə müki əhaliyə hücuma keçdi.

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür


Hiyləgər plan: İrəvan mülki azərbaycanlıları hədəf almaqla düşünürdü ki, Azərbaycan da cavab atəşi olaraq mülki erməniləri vuracaq. Deməli, zərbə Dağlıq Qarabağ zonasına yox, Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna edilməli idi. Çünki işğal altındakı rayonlarda mülki ermənilər yaşamır və Azərbaycanın hədəfi mülki ermənilər olsaydı, yalnız Tavuş rayonunu vura bilərdi. Bu plan baş tutsaydı: münaqişənin həllinə hesablanmış substantiv danışıqlar pozulur; status-kvonu möhkəmləndirməyə hesablanan “atəşkəsə nəzarət mexanizmləri” aktuallaşır; bununla yanaşı, sərhəd bölgəsində yerləşən Tavuşa hər-hansı hücum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), dolayısı ilə Rusiyanın müdaxiləsinə zəmin yaradır.

İrəvan bu planla bugünkü görüşdə yeni şərtlər irəli sürmək, “atəşkəsə nəzarət mexanizmi”ni gündəmə gətirmək və Rusiyanı Azərbaycana qarşı çıxması üçün fakt qarşısında qoymaq istəyirdi.

Lakin Azərbaycanın heç vaxt olmadığı kimi, bu dəfə də mülki əhalini hədəfə almaması, işğal olunmuş ərazilərdə yerləşdirilən erməni hərbi birləşmələrini məhv etməsi İrəvanın planlarını pozdu. Bu baxımdan, nazirlərin görüşündə Bakının əli faktiki olaraq güclüdür.

Proseslərin analizi görüşdə irəli sürülə biləcək təkliflər və şərtlər haqda müəyyən ehtimallar irəli sürməyə imkan verir:

Həmsədrlərin təklifi:

1. Cəbhədə gərginliyin azaldılması
2. Tərəflərin substantiv danışıqlara başlaması
3. Prezidentlərin növbəti görüşünün hazırlanması, yaxud, ən azından nazirlər səviyyəsində təmasların davam etdirilməsi.

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür



İrəvan danışıqları pozmağa cəhd edəcək:

1. Cəbhədə baş verənlərə görə Azərbaycanı ittiham edəcək. Ermənistan mediasının Alxanlıda qətlə yetirilən azərbaycanlılara görə Bakıya qarşı absurd ittihamlar səsləndirməsi də bunu deməyə əsas verir və əslində, Ermənistanın bu mövqeyi birinci dəfə olmadığı üçün təəccüblü də deyil.

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür



2. “Atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ideyasını yenidən gündəmə gətirəcək.

3. Substantiv danışıqlardan qaçmaq üçün mülki azərbaycanlıların qətlinə cavab olaraq Azərbaycan Ordusunun erməni hərbi birləşmələrini məhv etməsini əsas gətirərək, “Bakı ilə danışıqlar aparmaq mümkün deyil” kimi klassik tezisi irəli sürəcək.

Bakının iki şərti:

1. İndiyə qədər masada olan razılaşmalar ətrafında substantiv danışıqların davam etdirilməsini tələb edəcək. Yəni, sülh qarşılığında ərazilərin azad edilməsi. Bu tələb Ermənistan üçün son şans ola bilər.

Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür


3. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, müharibə variantı avtomatik olaraq gündəmə gələcək.

Hesab etmək olar ki, Bakı 4 iyul görüşünün yaratdığı mənzərə fonunda Brüssel görüşündə daha kəskin və konkret mövqe sərgiləyəcək. Ermənistanın isə öz qeyri-konstruktiv mövqeyindən əl çəkəcəyi çətin görünür. Mümkündür ki, İrəvan vaxt qazanmaq və Azərbaycan Ordusunun zərbəsindən yayınmaq üçün substantiv danışıqlara razı olduğu görüntüsü yaratsın. Lakin Azərbaycanın bu klassik hiyələlərə razılaşmayacağı dəqiqdir. Dünən Bakıya gətirilən yeni silah partiyasının cəbhəyə göndərilməsi, müdafiə naziri Zakir Həsənovun ordunun hazırlıq vəziyyətini qəfil yoxlaması Ermənistana bu gün son şansın veriləcəyi ehtimalını artırır. Əks təqdirdə, söz Azərbaycan Ordusunun olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar