Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın müdafiə naziri təcili Qarabağa səfər etdi – Cəbhədə nə baş verir?

Tarix: 18-07-2017 08:34     Baxış: 4320 A- / A+
Ermənistanın müdafiə naziri təcili Qarabağa səfər etdi


Ermənistanın müdafiə naziri Vigen Sarkisyan qəfil Qarabağa səfər edib.
Bu gün müdafiə naziri Vigen Sarkisyan qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Bako Saakyanla görüşüb. Görüşdə həmçinin qondarma DQR-in “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan iştirak edib.
Məlumatda bildirilir ki, görüş zamanı ordu quruculuğu və bu sahədə əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma olub. Nəticədə zabit və əsgər yaralanıblar. İnsidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda mühəndis işlərinin yerinə yetirilməsindən əsgərin imtina etməsi olub. İlkin məlumata görə Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağı məcbur edib. Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq intihar etmək istəyib. Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib.(A24.Az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar