Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident 3 sərəncam, 1 fərman imzaladı

Tarix: 14-07-2017 19:13     Baxış: 5342 A- / A+
Prezident 3 sərəncam, 1 fərman imzaladı


Perzident İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Manevr.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etsin;

2.2. kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirsin;

2.3. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etsin;

2.4. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.5. Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

18:11

Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

18:50

İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qırx min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyevin imzaladığı fərman:

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 754-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar