Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ordumuz hazır vəziyyətdədir - General

Tarix: 12-07-2017 13:38     Baxış: 5545 A- / A+
Ordumuz hazır vəziyyətdədir

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir.

Bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev deyib.

O bildirib ki, 200 ildən çoxdur ki, ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır. İki əsrdən çox davam edən bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar: "Cəzasız qalan erməni faşistləri “Böyük Ermənistan” xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Xocalı, Qaradağlı, Malıbəyli, Meşəli və bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması erməni qəddarlığının davamıdır".

R.Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib.

General-mayor vurğulayıb ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır: "Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar".

İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib. O vurğulayıb ki, nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır. Təqdim edilən layihədə erməni vandalizminə qarşı tutarlı cavabdır və gənclərdə Vətənə, dövlətə sevgi, düşmənə nifrət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar