Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Putinin qərarını gözləyir – Millət vəkili

Tarix: 16-05-2017 16:39     Baxış: 5498 A- / A+
Bakı Putinin qərarını gözləyir


Azərbaycan və Rusiya arasında qarışılıqlı və hər iki tərəfin marağına cavab verən, yüksələn xətlə inkişaf edən çox ciddi münasibətər var. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə hesablanıb.

Manevr.az-ın məlumatına görə, bu sözləri axar.az-a Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili bildirib ki, həm hər iki ölkə rəhbərinin şəxsi münasibətləri, həm də dövlətlərarası münasibətlər Azərbaycan üçün çox vacibdir:

“Hər iki dövlətin marağındadır ki, regionun təmsilçiliyi ilə bağlı bir istiqamətdən çıxış etsinlər. Azərbaycan birmənalı Rusiya üçün etibarlı tərəfdaş, dost ölkədir. Rusiya Ali Məhkəməsinin bu cür qərar qəbul etməsi təbii ki, təxribatdır. Bu iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə hesablanıb. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Rusiyada olan təxribatçı qüvvələrin başında dayanan birmənalı olaraq erməni lobbisi və onun havadarlarıdır. Rusiya bölgədə böyük marağı olan və Minsk Qrupu çərçivəsində həmsədr dövlətdir. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini gündəmdən çıxarmaq üçün bu cür təxribatlara yol verirlər. Bu şəraiti ermənilər üçün Moskvada yaradan qüvvələr var. Bunun bariz nümunəsi 9 mayda Moskvada erməni icması tərəfindən qondarma bayrağın qaldırılması və buna şərait yaradılması, eyni zamanda, Zaxarovanın təxribatçı fikirləridir. ÜAK-la bağlı qərarı yaradan səbəbləri araşdırılmalı və Rusiya hakimiyyəti tərəfindən təxribatçı addımlara həm hüquqi, həm də mənəvi qiymət verilməlidir. Bu, ikitərəfli münasibətlərin inkişafına öz töhvəsini verəcək bir amil olar. Düşünürəm ki, Rusiyada təxribatçı qüvvələr tapılacaq və onların qarşısnı alınacaq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar