Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyevin şagirdi olmuşam” - Ayaz Mütəllibov

Tarix: 10-05-2017 14:27     Baxış: 5522 A- / A+
“Heydər Əliyevin şagirdi olmuşam”

“Mən Heydər Əliyevin şagirdi olmuşam, onun məktəbini keçmişəm”.
Bu fikirləri Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.
A.Mütəllibov deyib ki, Heydər Əliyev ən görkəmli dövlət rəhbərlərindən biri kimi Azərbaycan tarixinə düşüb.
Onun sözlərinə görə, Heydər Əliyevin dahiliyi, nüfuzu və böyük təcrübəsi hələ uzun illər sonra da diqqət mərkəzində olacaq və gələcəkdə insanlar bu fenomen haqqında öyrədib-öyrənəcəklər:
“Heydər Əliyev mənim üçün ən yüksək hörmətə layiq olan şəxsiyyətdir. Mən onunla uzun illər bir yerdə çalışmışam, Heydər Əliyev mənə böyük işləri etibar edib. Heydər Əliyev 13 il respublika rəhbəri olduğu dövrdə 8 dəfə məni yüksək vəzifələrə irəli çəkib, mənə vəzifə verib, etimad göstərib. Mən də onun etimadını doğrultmağa çalışmışam. Həmin dövrdə yaşayan və sonradan görkəmli insanlara çevrilən şəxslər Heydər Əliyev məktəbini keçiblər. O cür insanlardan biri də mən olmuşam. Mən özümü Heydər Əliyev məktəbinin yetirməsi hesab edirəm. Vaxtilə Heydər Əliyev özü də deyirdi ki, Ayaz Mütəllibov mənim şagirdim olub və sairə. Təbii ki, o, çox doğru deyirdi. Mən bu gün də özümü Heydər Əliyevin şagirdi hesab edirəm”.
Xatırladaq ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunur.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar