Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Putinlə Makron birləşib Qarabağda nə edə bilər?

Tarix: 10-05-2017 11:46     Baxış: 5529 A- / A+
Putinlə Makron birləşib Qarabağda nə edə bilər?


Kreml Fransadakı prezident seçkilərinin nəticələrindən və iki rusofil namizədin-Fransua Fiyonun və le Penin məğlubiyyətindən məyusdur. Lakin beynəlxalq təhlükəsizlik naminə seçkilərin qalibi, praqmatik siyasətçi Emmanuel Makronla işləməyə borcludur.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu "Le Huffington Post" nəşri yazır.

Məqalədə deyilir ki, Putinin yaxın çevrəsindəki şəxslər Le Penin Kremlə dəvət edib alqışlamaqla necə ciddi səhvə yol verdiklərini dərk edirlər və öz seçimlərinə görə peşimandırlar. "Rusiya Makrona qarşı çıxmaqla səhvə yol verdi. Çünki o, "atlantizm" ideologiyasının qatı tərəfdarı deyil, realistdir. Rusiyanın beynəlxalq arenadakı əhəmiyyətini başa düşür. Beləliklə, Putinin Makronla barışması tamamilə mümkündür"-nəşrin analitik məqaləsində deyilir.

Putinlə Makron birləşib Qarabağda nə edə bilər?


Lakin bunun üçün Moskva soyuq müharibə ritorkasından çıxmalıdır, hansı ki, Rusiyada hakimiyyətə yaxın olan bəzi patriotlar Fransanı səngərin o tərəfində görür. Kremldə bir çoxları Qərbi vahid düşmən obrazında görür. Nəşr yazır ki, siyasi iradə nümayiş etdirilsə Moskva və Paris yaxın perspektivlərdə "həddən artıq aqressiv" Tramp administrasiyasına qarşı birgə fəaliyyət göstərə, İŞİD-ə qarşı ortaq mübarizə apara və Qarabağ münaqişəsinin nizamlanması üçün təşəbbüs göstərə bilərlər.

"Fransa Ermənistanla Azərbayan arasında etibarlı diplomatik prosesin işə salınması üçün zəruri diplomatik kapitala malikdir. Əlbətdə, Rusiyanın iştirakı olmadan bu məsələdə heç nə alınmayacaq, münaqişənin həlli naminə birgə fəaliyyət isə bizim ölkələrimiz arasında münasibətlrin möhkəmlənməsi üçün mühüm zəmin yaradardı", - məqalədə deyilir.

Putinlə Makron birləşib Qarabağda nə edə bilər?


Amerika Xarici Əlaqələr Şurasının analitiki Stefan Blank isə "Amerikanın səsi"inə açıqlamasında ABŞ administrasiyasını Qarabağdakı status-kvoya göz yummaqda günahlandırıb. Analitik bildirib ki, ABŞ administrasiyası münaqişənin nizamlanmasının mühümlüyünə və hərbi əməliyyatların yenidən başlanması təhlükəsinə göz yumur. "əgər Birləşmiş Ştatlar yeni dinc nizamlama variantı təşəbbüsü ilə çıxış etsə və tərəfləri danışıqlar masası arxasına keçməyə məcbur etsə situasiya dəyişə bilər, lakin bu baş vermir", - o deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar