Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlardan özləri ilə bağlı qanun layihəsinə ETİRAZ

Tarix: 02-05-2017 15:00     Baxış: 5444 A- / A+
Deputatlardan özləri ilə bağlı qanun layihəsinə ETİRAZ


“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında deputatların narazılığına səbəb olub.

Manevr.az-ın məlumatına görə, deputat Zahid Oruc deyib ki, deputat mandatını parlamentdə itirəcəksən, deməli? məhkəmənin səlahiyyətləri mənimsənilir: “Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?”

Deputat bu halın parlamentin nüfuzuna zərər gətirəcəyini bildirib. Deputat onu da deyib ki, insan azadlıqları ilə bağlı öndə olan ölkələrdə deputatın davranış qaydası ilə bağlı qanun yoxdur.

Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara qarşı xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.

"Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, - deyə T. Kərimli qeyd edib

Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz bildirib.

Müzakirələr davam edir.apa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar