Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili prezidenti tənqid etdi

Tarix: 02-05-2017 13:46     Baxış: 4552 A- / A+
Azərbaycanlı millət vəkili prezidenti tənqid etdi


Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhani hakimiyyətini zəhmətkeş təbəqəyə diqqətsizlikdə günahlandırıb.


Manevr.az xəbər verir ki, o, bu barədə mayın 1-də işçilər qarşısında çıxış edərkən danışıb.

“Fəhlələrin etirazı göstərir ki, Həsən Ruhani hakimiyyəti onların hüquqları uğrunda heç bir tədbir görməyib. Konstitusiyaya görə, hökumət fəhlələrin evlə təmin edilməsi ilə bağlı tədbir görməlidir, lakin indiki hakimiyyət etdiyi bütün iddialara rəğmən belə bir addım atmayıb”, - deyə o bildirib.

Parlamentin Sənaye və Mədən Komissiyasının üzvü olan Qazipur həmçinin bildirib ki, son 4 ildə fəhlələrin hüquqlarının təmini uğrunda heç bir layihə parlamentə təqdim olunmayıb:

“Bu gün cənab Ruhanidən soruşmaq lazımdır ki, bəs ərzaq səbəti, fəhlələrin ev məsələsi və diger tələblər nə oldu?! Hökumət düz deyirsə, öncə Sosial Təminat Təşkilatına olan milyardlarla rial borcunu ödəsin ki, bu təşkilat da fəhlələrin qarşısında öz öhdəliyinə əməl edə bilsin. Amma heç nə görmürük. Bunlar, seçkilər yaxınlaşdığına görə, fəhlələrin səsini qazanmaq üçün müəyyən sözlər deyirlər, lakin seçkilər bitdikdən sonra yenə də zəhmətkeş təbəqə unudulacaq”.axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar