Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident süni qiymət artıranlara növbəti dəfə xəbərdarlıq etdi

Tarix: 11-04-2017 09:18     Baxış: 5450 A- / A+
Prezident süni qiymət artıranlara növbəti dəfə xəbərdarlıq etdi


İlham Əliyev: “2017-ci il Azərbaycan üçün uğurlu olacaq”

“Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla aparılıb”.

Manevr.az-ın Apa-ya istinadən məlumatına görə, bunu aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu il olacaq:
“Beynəlxalq vəziyyət gərgindir. Təəssüf ki, münaqişələr davam edir, yeni risklər yaranır. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu ilin ilk 3 ayında xarici ölkələrə 7 səfər etmişəm, beynəlxalq tədbirlərə qatılmışam. Bu səfərlər böyük əhəmiyyət daşıyır, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir”.

Prezident İlham Əliyev bildirib ki, bu ilin ilk 3 ayında Azərbaycana 7 xarici dövlət başçısı səfər edib:
“Bu, ölkəmizə olan hörmətin göstəricisidir. Bu ilin birinci rübündə Bakıda keçirilən, 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət başçısının iştirak etdiyi Beşinci Qlobal Forum, Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələri Baş qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir”.

“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək” - deyə, prezident İlham Əliyev sözünə davam edib.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bir neçə dəfə bəyan edib ki, “status-kvo” qəbuledilməzdir: “Minsk Qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan gündən-günə güclənir və bu məsələnin gec-tez ədalətli həll olunacağına əminəm. Dağlıq Qarabağda qondarma ”referendum" keçirməklə Ermənistan bir daha özünü biabır edib. Dərhal qonşular, Minsk Qrupuna üzv ölkələr, Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu.

Məsələnin digər uğurlu məqamı Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici ölkə vətəndaşının Azərbaycana təhvil verilməsidir. Bu, həm bizim qanunları kobudcasına pozan şəxsə, həm də onun kimilərə dərs oldu".

Prezident İlham Əliyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən bildirib ki, bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər: “Azərbaycanda köçkünlər üçün yeni qəsəbələr salınır və onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək”.

Prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq inşa olunmuş binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır, Azərbaycanın bu potensialı var.

İqtisadi məsələlərdən danışan prezident qeyd edib ki, bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir: “Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”.
Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb: “Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik”.

Prezident İlham Əliyev bildirib ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb:
“Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür”.

“Cənub Qaz Dəhlizi ilə bağlı artıq Bakıda üçüncü dəfə Məşvərət Şurasının iclası keçirilib. Məşvərət Şurasının yekununda ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub” - prezident bildirib.

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm Azərbaycanın, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir: “Bu ilin ilk 3 ayında nəqliyyat sektorunda da yaxşı nəticələr əldə edilib. Astaraçay üzərindən keçən körpü vasitəsilə ötən ay Azərbaycandan İrana birinci qatar yola salındı. Bakı-Tiflis-Qars dəmir yolunun da bu il istifadəyə verilməsi nəzərdə tutulub”.

Prezident bu ilin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 25% artım qeydə alındığını söyləyib:
“Bu, Azərbaycanda mövcud olan sabitlik, yaradılan infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yollar, hotellərin inşası ilə əlaqədardır. Üç ay ərzində ”Asan viza" xətti ilə 40 min viza verilib, 80-dən çox ölkənin vətəndaşları elektron vizalar alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gələn ay ölkəmizdə dördüncü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, böyük idman bayramı olacaq".

“Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir” - deyə prezident çıxışında qeyd edib. O bildirib ki, kənddə ilkin mərhələdə 50 ev tikilir, yeni yol salınır, məscid inşa olunur:
“Sonrakı mərhələdə daha 150 evin tikilməsi nəzərdə tutulub. Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar”.

“Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”- deyə, prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.

Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir:
“Builki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

“Sənaye və kənd təsərrüfatı prioritet sahələrdir” deyən dövlət başçısı söyləyib ki, rayonlarda sənaye zonaları yaradılıb:
“Bu il kənd təsərrüfatının inkişafı üçün 150 min hektar yeni torpağın suvarılması nəzərdə tutulub. Yeni zavodlar istifadəyə veriləcək. Görüləcək işlər bu sahədə artıma səbəb olacaq”.

Qeyri-neft sektorunun ixrac etdiyi məhsullara toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycan brendi dünyada təbliğ edilir: “Müxtəlif ölkələrdə ”Ticarət evləri" yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistika mərkəzlərinin yaradılması vacibdir".

Dövlət başçısı qeyd edib ki, il ərzində infrastruktur layihələrin icrasına diqqət yetiriləcək:
“Bunlar elektrik enerjisi ilə təminat, qazlaşma, içməli su və yolların inşası ilə bağlı layihələrdir. Sovetski adlanan ərazi abadlaşacaq, yeni gözəl istirahət məkanı yaradılacaq. Sosial-infrastruktur layihələr icra olunur. 3 modul tipli məktəb tikilir, əlavə 12 belə məktəbin inşası nəzərdə tutulur. Bu ilin ilk rübündə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya kompleksləri də istifadəyə veriləcək. Bölgələrdə məşğulluğun artırılması da daim diqqət mərkəzində saxlanılması vacibdir. Sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi davam edəcək. Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır”.

Dövlət başçısı qeyd edib ki, bu il Quba və Mingəçevirdə “Asan xidmət” mərkəzi açılacaq:
“Şəki və İmişlidə də belə mərkəzlərin tikintisi aparılır. Bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılması vacibdir”.

Prezident diqqətə çatdırıb ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Dövlət başçısı deyib ki, ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir:
“Bakıda yeni 300-dən artıq çoxmərtəbəli bina tikilir, minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan şəxslərə ya kompensasiyalar ödənilir, yaxud kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu proses artıq geniş vüsət alıb. Mikrorayonlarla bağlı da layihə icra ediləcək. Binaların birinci mərtəbələrində uşaq bağçaları inşa edilməlidir. Bu yolla da uşaq bağçası problemi həll ediləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar