Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Sərkisovu Bakıya gətirənləri lənətləyirik”

Tarix: 31-03-2017 20:50     Baxış: 4478 A- / A+
“Sərkisovu Bakıya gətirənləri lənətləyirik”

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun vasitəçiliyi ilə erməni Yuri Sərkisovun Bakıya gətirilməsini pisləyən bəyanatla çıxış edib. Sənəddə göstərilir: “Moskvada yaşadığı deyilən erməni Yuri Sərkisovun anasının qəbrini ziyarət etmək adı ilə Bakıya gəlməsinə şərait yaradılması erməni siyasətinə xidmətdir. Bu işdə Polad Bülbüloğlunun vasitəçilik etməsini pisləyir və lənətləyirik. Polad Bülbüloğlu və onun kimiləri ermənilərə bu cür xidmət göstərməklə özlərini tolerant kimi göstərməyə, həmçinin erməni mərkəzlərinin köməyi ilə beynəlxalq qurumlarda vəzifə tutmağa çalışırlar. Bu, milli nihilizm və milli maraqlara xəyanət kimi dəyərləndirilə bilər. Bu yolla beynəlxalq qurumlarda vəzifə tutan azərbaycanlılar onlara dəstək vermiş ermənilərin sifarişini yerinə yetirir və erməni mərkəzlərinin alətlərinə çevrilirlər.

Bir daha təkrar edirik nə qədər ki, torpaqlarımız işğal altındadır, ermənilərlə hər hansı “xalq diplomatiyası” oyunları, humanist jestlər yolverilməzdir və yalnız ermənilərin maraqlarına xidmət edir. Ermənilər valideynlərinin məzarlarını ziyarət etməyə gedən Dilqəm Əsgərovu, Şahbaz Quliyevi tutub saxlayıblar, onlara qeyri-insani işgəncələr verirlər. Biz nə üçün hansısa ermənini anasının qəbrinin üstünə gətirməliyik? Digər tərəfdən, ermənilərin də istədiyi odur ki, bu cür proseslər başlasın, onlardan buraya qəbir ziyarətinə gəlsinlər, bizimkilər də oraya ziyarətə getsinlər, münasibətlər normallaşsın, işğal da yaddan çıxsın. Erməni siyasətinin məqsədi budur. Bizim bəzi məmurlar da bu erməni siyasətinə xidmət edirlər. Ermənilərin millətimizə qarşı törətdiyi soyqırımın 99-cu ildönümünü qeyd edir, dəhşətli faktları gündəmə gətirir, amma bu faciəli hadisələrdən hələ də dərs çıxarmır, ermənilərlə “humanizm” oyunlarını davam etdiririk.

Biz Azərbaycan hakimiyyətindən bu praktikaya, ermənilərin müxtəlif adlar altında Bakıya gətirilməsi praktikasına son qoymasını, bəzi dələduzların öz maraqları naminə bu prosesləri başlamasına imkan verməməsini tələb edirik. QAT Mətbuat Xidməti.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar