Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevdən Poroşenkoya təbrik məktub

Tarix: 23-08-2016 23:05     Baxış: 1492 A- / A+
 İlham Əliyevdən Poroşenkoya təbrik məktub

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.

Məktubda deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Ukrayna münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, səfər zamanı Sizinlə görüşlərimiz, apardığımız danışıqlar ikitərəfli münasibətlərimizin inkişafı üçün yeni imkanlar açacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar