Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi

Tarix: 02-07-2020 16:00     Baxış: 2267 A- / A+
Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi


Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur.

Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir.

İnsan yalnız susuyanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.


Manevr.az medicina.az -a istinadən xəbər verir ki, bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edir.

Əgər bu sadalananlardan ən azı 3-4ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.

1. Ağızda, dildə quruluq - ən açıq aşkar əlamətlərdən biridir.

2. Quru dəri, quru saçlar - dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini götürür.

3. Az tərləyirsiz – Axır vaxtlar az tərləyirsiz, bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, su az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır

4. Gözlərdə sanki qum batma, yanma hissi – qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.

5. Oynaqlarda ağrı – az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur

6. Əzələ kütləsinin azalması, arıqlama – Əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.

7. Tez-tez xəstələnmək və gec bərpa olmaq – qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir. Su az içən insanlar gec sağalır.

8. Yorğunluq, halsızlıq – Orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ bilmir, işləyə bilmir, yorğun, enerjisiz olur

9. Həzm problemləri – mədə şirəsi, bağırsaq su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Orqanizmdə suyun az olması həzm prosesləri pozulur, qəbizlik yaranır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar