Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tibbi maskalarla bağlı mif dağıdıldı

Tarix: 26-06-2020 14:22     Baxış: 2305 A- / A+
Tibbi maskalarla bağlı mif dağıdıldı


Amerikalı alimlər qoruyucu maskaların təhlükələri haqqında mifləri dağıdıblar.

Manevr.az Hit.az-a istinadən xəbər verir ki, həkimlər maskaların mümkün ziyanı haqqında fikirlər insanlarda qoruyucu aksessuarların uzun müddət qalıcı olması ilə əlaqədar yarandığını, lakin onların narahatlığının əsassız olduğunu bildirib.

ABŞ-ın Pensilvaniya səhiyyə departamentinin mütəxəssisləri qeyd ediblər ki, çoxları maskaların taxılmasının faydasını çətin dərk edirlər.

"İnsanlar maska taxmamaq üçün səbəblər uydurmağa çalışırlar və tibbi tədqiqatları şübhə altına alırlar", - deyə Amerika infeksion xəstəliklər Cəmiyyətinin nümayəndəsi Ravina Kullar bildirib.

Həmçinin, həkimlər koronavirus xəstəliyi ilə bağlı riskləri təhlil edərkən maskanın üzə möhkəm yapışmaması və COVİD-19-un inkişafının bilavasitə səbəbi ola bilməsi barədə ehtimalları da nəzərdən keçiriblər. "Biz insanların maska taxdıqları və ondan xəstələndikləri barədə məlumatlara malik deyilik", - deyə Vanderbilt Universitetinin (ABŞ) Tibb Mərkəzinin infeksion xəstəliklər üzrə mütəxəssisi Uilyam Şaffner bildirib.

Jurnalistlərlə söhbət zamanı həkimlər qeyd ediblər ki, müdafiə üsulları əhalinin böyük hissəsini əhatə edəndə maskalı rejim daha effektivdir. "Mənim maskam sizi qoruyur, sizin maskanız da məni", - nəşr həkimlərin sözlərini belə yazıb. Eyni zamanda, yoluxucu xəstəliklər üzrə ekspertlər maskanın koronavirusdan tam qorumanı təmin etmədiyi tezisilə razılaşırlar. Həkimlər xatırladıblar ki, maska havadakı virus hissəciklərinin yayılmasını gecikdirən bir maneə kimi fəaliyyət göstərir.

Alimlər həmçinin qeyd ediblər ki, N95 tipli tibbi maskalardan uzun müddət istifadə edilməsi qanda karbon qazının səviyyəsinin artmasına səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, həkimlər bunu anlayırlar və peşəkar qoruyucu aksessuarların daşınmasında fasilələr etməyə çalışırlar. "Maskalarla bağlı ən böyük problem ondan ibarətdir ki, insanlar onları geyinmirlər", - deyə Ravina Kullar fikrini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar