Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Professordan açıqlama: Virusa yoluxma 7-8 ay davam edəcək

Tarix: 19-06-2020 19:49     Baxış: 3278 A- / A+
Professordan açıqlama: Virusa yoluxma 7-8 ay davam edəcək

“Əhali dərman və vaksin illuziyasına aldanmasın. Bu infeksiya maksimum 7-8 ay davam edəcək. Daha sonra virus mutasiyaya uğrayıb, sıradan çıxacaq”.

Manevr.az xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, virusun tamamilə aradan qalxması üçün zaman lazımdır:

“Hazırda "Dektametazon" dərmanı ilə müalicə ölkəmizdə də tətbiq olunur. Lakin bu, yeni müalicə üsulu deyil. "Dektametazon" yüz ildir işlənən adi dərmandır. Vətəndaşlar bu dərmandan reseptsiz istifadə edərsə, ciddi əks təsirləri ola bilər. Bu dərmanlar ancaq həkim nəzarəti altında istifadə olunmalıdır.

Ümumiyyətlə, əhali dərman və vaksin illuziyasına aldanmamalıdır. Çünki infeksiya maksimum 7-8 ay davam edəcək. Daha sonra virus mutasiyaya uğrayıb, sıradan çıxacaq. Bu müddət ərzində insanlar sağlam qalmaq istəyirlərsə, maska taxmalı, məsafə gözləməli, əllərini dezinfeksiya etməlidirlər. İnanın, bununla biz virusun öhdəsindən gələ bilərik. Qalan məslələr hamısı illuziyadır”.

Porofessor bildirib ki, təyin olunan 15 günlük karantin rejiminin effektli olması, insanlardan asılı olacaq:

“Bu gün yoluxma sayı çox yüksəkdir. Dövlət hazırki məqamda sərt karantin rejimini tətbiq etməyə məcbur idi. Çünki artıq Bakı xəstəxanalarında yer yoxdur, həkim, tibb bacısı çatışmazlığı var. Amma heç kim qaydalara əməl etmək istəmir. Bu da yoluxma əmsalını hədindən artıq yüksəldir.

Maraqlıdır, onlar düşünmürlərmi sabah insanlar küçələrdə yıxılıb ölsə, necə olacaq? Gərək İtaliyadakı, Çindəki vəziyyət yaransın?

Hər kəs bir dəfəlik başa düşsün ki, 15 günlük xüsusi karantin rejiminin effektli olması üçün insanlar qaydalara əməl etməlidir. Qaydalara əməl etsələr, əlbəttə ki, qərar öz effektini verəcək. Səbəbsiz yerə təyin olunan nömrəyə mesaj göndərməklə, polisi aldadmaqla nəyəsə nail ola bilməyəcəyik. Bunları etməklə sadəcə özlərini aldadacaqlar. Bunun əziyyətini isə onların yaxınları, doğmaları və ümumilikdə cəmiyyət çəkəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar