Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan səhiyyəsinin uğurlu ismi - Valeh Hüseynov!

Tarix: 17-06-2020 16:22     Baxış: 2856 A- / A+
Azərbaycan səhiyyəsinin uğurlu ismi - Valeh Hüseynov!

17 iyun – Azərbaycanda Tibb işçilərinin Peşə Bayramıdır. Öz əsasını 1918-ci ildən – Xalq Cümhuriyyətinin səhiyyə və social siyasət üzrə mərkəzi dövlət idarəetmə orqanının yaradılmasından alan bu gün hər birimiz üçün əziz gündür; əlbəttə, ilk növbədə səhiyyə sistemimizdə çalışan fədakarlar, əziz həkimlərimiz üçün. Mübarək olsun!

Heç şübhəsiz ki, gözlə görünməyən “COVİD-19” bəlası – bəşəriyyətin çaşqınlıq içərisində izlədiyi yeni pandemiya, öz gəlişi ilə dünyamızı qəflət yuxusundan ayıltdı. Ancaq dünyamızda tək bəla bu virusmu? – Əlbəttə, xeyr. Fürsətdən yararlanıb, songünlərimizin qəhrəmanları – gecə-gündüz, ev-eşik görmədən çalışan həkimlərimiz üçün Tanrıya dualar edir, sağlıq ustalarımızın özünə möhkəm can sağlığı diləyirəm!

Əslində, koronavirusun peyda olmasına qədər də insanlar bir çox xəstəliklərdən əziyyət çəkib və çəkməkdədir. Məsələn, qan xəstəliyi. Qanın insanı yaşatdığını nəzərə alsaq, qan xəstəliyinin insanlar üçün nə dərəcədə ciddi problem olduğu göz önündə canlanır.

Odur ki mən də bu yazını qan xəstəliklərindən əziyyət çəkən insanlara və bu ağır xəstəliklə mübarizə aparan qiymətli həkimlərimizə həsr edirəm.

Dünyada olduğu kimi, Azərbaycanda da qan xəstəliklərindən əziyyət çəkən yetərincə insan var. Bəs, bu xəstələr necə müalicə alır? Dövlətimizin qayğısını yetərincə hiss edə bilirlərmi? Ölkəmizdə bu xəstəliklə mübarizə mərkəzi sayılan ocaqlardan biri – birincisi, el arasında “Qan İnstitutu kimi tanınan, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutudur. Digər bir ocaq isə Talassemiya Mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildə inşa edilmiş bu Mərkəz, talassemiyalı xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş gərəkli avadanlıqlarla təchiz edilib. Mərkəz fəaliyyətə yeni başladığı vaxtlarda bir sıra çətinlikləri olsa da, bu çətinliklərin, ortaya çıxan problemlərin həllini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Fondun dəstəyi Mərkəzin fəaliyyətində öz sözünü deyib və Mərkəz böyük inkişaf yoluna qədəm qoyub; Talassemiya Mərkəzinin fəaliyyətinə yeni nəfəs gəlib. Tanınmış hemotoloqlardan olan Valeh Hüseynovun 2017-ci ildə Səhiyyə Nazirliyinin Sərəncamı ilə Talasemiya Mərkəzinə direktor təyin edilməsi isə bu şəfa ocağının taleyində tarixi dönüş sayıla bilər. Valeh Hüseynovun qısa müddətdə işində nümayiş etdirdiyi peşəkarlığı, per¬formansı cənab Prezidentimizin diqqətindən yayınmadı. Ölkə başçısının sərəncamı ilə Talassemiya Mərkəzində ən yeni laboratoriyanın yaradılması üçün vəsait ayrıldı. – Necə deyərlər, iş öz peşəkarına həvalə edilmişdi. Valeh Hüseynov yenə də etimadı doğrultdu. Onun bacarığı, işgüzarlığı sayəsində dünya standartlarına cavab verən laboratoriya qısa zaman ərzində qurularaq pasiyentlərin istifadəsinə verildi. Əlbəttə, yeniliklər bununla da bitmədi. Xəstələrin tam olaraq dövlət qayğısı ilə əhatə olunması, dərman peraparatları ilə təchizatı, müasir tələblərə cavab verən yeni mütəxəssislərin Mərkəzə cəlb edilməsi, bütün bu kimi addımların şəffaflıq şəraitində həyata keçirilməsi, şəfaflığı təmin etməyənlərin, nöqsanlara yol verənlərin Mərkəzdən kənərlaşdırılması bu şəfa ocağının mənzərəsini tamam dəyişdi. Valeh həkimin bir rəhbər kimi fəaliyyətində şəffaflığı meyar götürməsi öz sözünü dedi və bu gün də deyir. Valeh Hüseynovun ona göstərilən etimadı doğrultmasını görmək üçün üç il ərzində həyata keçirdiyi işlərə nəzər yetirmək yetərlidir. Talas¬semiya Mərkəzində iki il yeddi ay, eləcə də, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitututunda 5 aylıq fəaliyyəti göz önündədir. Talassemiya Mərkəzinin qan təchizatını həyata keçirən qurum Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu olduğundan bəzən fikir ayrılıqlarının, nöqsanların olmasını hər kəs bilirdi və xəstələr tərəfindən haqlı narazılıqlar olurdu. Cənab Prezidentin bu iki Mərkəzin birləşdirilməsini məqsədəuyğun sayıb, Talassemiya Mərkəzi ilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunu birləşdirən Sərəncam imza¬la¬ması, sözügedən sahədə ciddi dönüş nöqtəsi oldu. – Valeh Hüseynovun 2019-cu ilin dekabır ayından birləşmiş B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna icraçı direktor təyin edilməsindən sonra qeyd olunan problemlər yoluna qoyulmağa başlandı. Valeh həkim ona göstərilən növbəti etimadı da doğrultmağı bacardı. Valeh Hüseynovun təyinatı sanki minlərlə qan xəstəsinə bir Tanrı lütfü oldu. Əks halda bu panademiya dövründə qan xəstəliyindən əziyyət çəkən insanların, körpələrimizin vəziyyətinin necə olacağını təsəvvür etmək belə, adamı dəhşətə gətirir. Peşəkar həkim Valeh Hüseynov gözəgörünməz virusla mübarizədə uğurlu mütəxəssis olaraq tarix yazır. Pandemiya bitdikdən sonra ödüllərə layiq insanlar, həkimlər siyasında ən ön sıralarda Valeh Hüseynovun adı olacağına çox inanıram.

Azərbaycan səhiyyəsinin uğurlu ismi, peşəkar həkim, bu panademiyanın varlığını minlərlə qan xəstəsinə hiss etdirməyən böyükürəkli insan – Valeh Hüseynov!
Direktoru olduğu Mərkəzdə rüşvətin, ələbaxımlılığın kö¬künü kəsməyi, nəfsinə hakim olmağı bacaran şərəfli insan Valeh HƏKİM!
Yaxşı ki, varsınız!
Nə yaxşı Azərbaycan səhiyyəsində Sizin kimi dəyərli peşəkarlar var.
Sizə bu şərəfli işinizdə, yeni-yeni uğurlar diləyirəm!

Rövşən HÜSEYN,
şair-publisist

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar