Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Viruslar ən çox bu hallarda yayılır

Tarix: 19-05-2020 09:54     Baxış: 3246 A- / A+
Viruslar ən çox bu hallarda yayılır


Hər bir canlının öz çevrəsi var. Bu çevrədə digər canlıların müəyyən məsafəyə yaxınlaşması müvafiq reaksiyalar doğurur. Məsələn, qəfəsdəki dovşan siz uzaqdaykən yaxınlaşar, bir az yaxınlaşdıqda hürkər-qaçar. İnsan da biopsixososial varlıq olaraq müəyyən çevrələrə sahibdir. Hərçənd ki, bu söhbət daha çox məşum koronavirusla bağlı ortaya çıxıb "sosial məsafə" termini ilə beyinlərə yerləşdi.

Manevr.az e-tibb.az-a istinadla xəbər verir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Onun sözlərinə görə, insane aid bu məsafələr proksemika adlanır. Buraya aşağıdakılar aiddir:

1) İntim məsafə (0-35 sm)

2) Fərdi məsafə (35-80 sm) yaxın dost, qohum, tanış
3) İctimai məsafə (80-200 sm) iş yoldaşları
4) Sosial məsafə (2 m və daha artıq) tanımadıqlarınız...


Həkim bildirib ki, məsafələr xalqlara görə dəyişkəndir. Bütün yoluxucu viruslar üçün aktual olan bir sıra nüanslar olduğunu qeyd edən mütəxəssis bildirib ki, öskürmə və asqırma zamanı daha çox virus hissəciyi yayılır - 200.000.000 və bunların sadəcə, birinin göz və ağıza düşməsi yoluxma üçün yetərli olur. Onun sözlərinə görə, nəfəs alma ilə 50 dəqiqə, söhbət ilə 5 dəqiqə ərzində yoluxmaq mümkündür: “Ucadan danışmaq daha çox virus yayılmasına səbəb olar. İngiliscə Ts, rusca Ц, hərflərinin tələffüzü zamanı daha çox tüpürcək hissəciyinin ağızdan çıxması haqda məqalələr də var”...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar