Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

Baş infeksionistdən koronavirusla bağlı SEVİNDİRİCİ AÇIQLAMA

Tarix: 14-05-2020 22:54     Baxış: 459 A- / A+
Baş infeksionistdən koronavirusla bağlı SEVİNDİRİCİ AÇIQLAMA

“Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.

Manevr.az bildirir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev deyib:

Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir:

“Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır. Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun birinci dalğası çox şükür yüngül oldu. Deməyim odur ki, vəziyyət stabildir. O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar