Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Alim koronavirusun gizli tərəflərini İFŞA ETDİ: “Ən təhlükəli xüsusiyyətidir”

Tarix: 09-05-2020 16:33     Baxış: 5262 A- / A+
Alim koronavirusun gizli tərəflərini İFŞA ETDİ: “Ən təhlükəli xüsusiyyətidir”


Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Armais Kamalov koronavirus infeksiyasının digər xəstəliklərdən fərqlənməsini və həddən artıq yoluxucu olmasını izah edib.


Akademik infeksiyanın oxşar tənəffüs xəstəliklərindən çox fərqləndiyini qeyd edib.

Onun sözlərinə görə, həkimlər hələ də bəzi xəstələrin bir neçə gün yüksək hərarətdən sonra tez sağalmasının, digərlərində isə xəstəliyin uğurlu müalicə kursundan bir müddət sonra virusun kəskinləşdiyinin səbəblərini başa düşmür.

“Bu infeksiya elm adamları və həkimləri sanki çarxa salıb. Artıq bunu başa düşməyə və hiss etməyə başlayırıq. Xroniki xəstəliklərin olması və immun sisteminin vəziyyəti xəstəliyin gedişatına təsir edir”, - deyə Armais Kamalov bildirib.

Ekspert qeyd edib ki, güclü immunitet bir növ insanın daxili pasportudur: “Şəkərli diabet, ürək və damar xəstəlikləri, bronxlar və ağciyər xəstəlikləri olan xəstələr risk altındadır, ancaq koronavirusun necə davranacağını təxmin etmək hələ də çətindir. Bu, onun əsas və ən təhlükəli xüsusiyyətidir. Çoxunda xəstəlik yüngül keçir. Və düşünürsən ki, bu xəstəlik niyə bu qədər qorxuludur? Digərlərində çox sürətlə irəliləməyə və ağciyər toxumasına təsir göstərməyə başlayır. Bu da həkim personalında bir çox suallar doğurur. Həkimlər müalicəni hər bir xəstə üçün fərdi olaraq təyin edir”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar