Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Siqaret çəkmək koronavirusa yoluxma ehtimalını artırır? - ARAŞDIRMA

Tarix: 16-04-2020 08:47     Baxış: 3250 A- / A+
Siqaret çəkmək koronavirusa yoluxma ehtimalını artırır? - ARAŞDIRMA

Alimlər siqaret çəkən insanların koronavirusa yoluxma ehtimalını araşdırıblar.

Bu barədə məqalə “European Respiratory Journal”da yer alıb.

Əsasən simptomsuz keçən koronavirus infeksiyasının səhhəti ağırlaşdırma faktorlarını tədqiq edən araşdırmaçılar xüsusilə ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və siqaret çəkmənin təsirlərinə diqqət yetiriblər.

AXOX bronx, bronxiol və alveolların zədələnməsinə deyilir. Bu, infeksiyalara yol açır, bronxlar və alveollar öz funksiyalarını yerinə yetirməyi dayandırırlar: onlardan hava keçmir və qaz mübadiləsi prosesi pozulur. Çində koronavirusun alovlanması dövründə həkimlər AXOX-a malik pasiyentlərdə COVID-19-un ağır keçməsinə fikir veriblər.

Britaniya Kolumbiyası Universitetinin əməkdaşları AXOX-si olan ağciyərlərdə hüceyrələri koronavirus üçün əlçatan edən faktorların olduğunu güman edirlər.

Araşdırma nəticəsində məlum olub ki, siqaret çəkən və AXOX-si olan insanların koronavirusa yoluxma ehtimalını artıran onların hüceyrələrində olan ACE2 zülalının çox olmasıdır.

Maraqlıdır ki, siqareti tərgidən insanların ağciyərlərində də ACE2-nin miqdarı, ümumiyyətlə, siqaret çəkməyənlərdən çoxdur. Bununla belə, hazırda siqaret çəkən və tərgidənin hüceyrələrində zülalların miqdarı fərqlənir.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar