Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa yoluxanların 40 faizində xəstəliyin əlamətləri olmur

Tarix: 26-03-2020 10:30     Baxış: 4216 A- / A+
Koronavirusa yoluxanların 40 faizində xəstəliyin əlamətləri olmur


İslandiya və Yaponiyada aparılan iki fərqli araşdırma zamanı COVID-19-a yoluxmuş xəstələrin 40 faizində koronavirusun heç bir simptomuna rast gəlinməyib.
“Anadolu” agentliyi xəbər verir ki, 364 000 əhalisi olan İslandiyada “deCode Genetics” şirkəti 10 300 nəfəri test edib.

Testinin nəticələri pozitiv çıxan 218 şəxsdə virusun heç bir simptomlarının olmadığı məlum olub.

İslandiyalı epidemioloq Sorolfur Qudnason test nəticələri pozitiv çıxan bəzi şəxslərdə yüngül soyuqdəymə əlamətlərinin göründüyünü açıqlayıb.

Fərqli virus nümunələrinin genetik ardıcıllığı araşdırılaraq, ölkədə yeni növ koronavirusun ən az 40 mutasiyasının mövcudluğu müəyyən edilib.

Eləcə də, Yaponiyada “Diamond Princess” kruiz gəmisində koronavirusun aşkarlandığı şəxslərin 80 faizində virusun heç bir əlaməti özünü göstərməyib və ya çox zəif şəkildə olub.

Tomoqrafiya nəticəsində virusun onların ağciyərlərində dəyişikliyə səbəb olduğu müşahidə edilib.

Sərnişinlərin 20 faizində isə virusa yoluxmanın ağır simptomları aşkar olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar