Sizin Reklam Burada
Xəbər lenti
31 mart
30 mart
29 mart
BÜTÜN XƏBƏRLƏR

Məşhur təbibdən koronovirusla bağlı məsləhətlər

Tarix: 21-03-2020 12:33     Baxış: 3179 A- / A+
Məşhur təbibdən koronovirusla bağlı məsləhətlər

“KORONAVİRUS”DAN NECƏ QORUNAQ?
Statistika göstərir ki, müxtəlif ölkələrdə hər il minlərlə adam adi qripdən ölür. Kimdir bu ölənlər? Əlbəttə, immun sistemi zəif olanlar. İmmun sistemi-orqanizmin müdafiə xəttidir. Orqanizm kimdən müdafiə olunur?
Dünyada hər şey qoşa gəzir: olum və ölüm, xeyir və şər, gecə və gündüz, isti və soyuq, yaş və quru və s. İnsan orqanizmi də özlüyündə bir dünyadır. Orda da sağlamlığı qoruyan 70 trilyonluq hüceyrə ordusu, sağlamlığın düşmənləri (N qədər) mikrob ordusu ilə üz-üzə dayanıb. Vicudumuzda daima mübarizə gedir.
Kimin qalib gəlməsi biz can sahiblərindən asılıdır. Aqillərdən biri deyib ki, insan özünə ya həkimdir ya qənim. Yəni, biz sağlamlığı müdafiə edən möhnətkeş hüceyrələri sağlam və zəngin qanla təchiz ediriksə, müdafiə xətti güclənir, bu halda biz özümüzün həkimi kimi çıxış edirik, yox, əgər damarlara çürük qan doldururqsa - “əskərlər” qırılır, artıb-törəmir - oluruq özümüzün qənimi. Biz düzgün qidalanmırıqsa, qeyri-sağlam həyat tərzi keçirirksə - mikroblar sürətlə artıb-törəyir və düşmən ordusu güclənir.
Bu iki qüvvənin mübarizəsi haqqında fikir söyləyən dünya şöhrətli təbib, 3 ölkənin (Almaniya, İtaliya, Rusiya) Tibb Elmləri doktoru Abram Zalmanov yazırdı: “Mikrob özü-özlüyündə - heç nədir! Əsas məsələ onun düşdüyü mühitdir”. Əgər immun sistemi güclüdürsə - mikrobun əl-qol açması üçün şərait yoxdursa - düşmən ordusu təhlükəli deyil. Əgər düzgün qidalanmırıqsa, yoğun bağırsaq çirklidirsə - hüceyrələr sürətlə qırılır, mikroblar eyni sürətlə artıb törəyir və güclənir.
Nə üçün “koronavirus” məhz 60 yaşdan yuxarı olan ahıllar üçün təhlükəli sayılır? Çünki yaşlı orqanizmin müdafiə xətti çox zəifləmiş olur. Amma elə yaşlılar da var ki, heç bir virusdan qorxmur. Çünki o, düzgün qidalanır və onun immun sistemi güclüdür.
Müdafə xəttini gücləndirmək istəyən hər kəs “MÖCÜZƏSİZ MÖCÜZƏ - 5” kitabında geniş formada verdiyim aşağıdakı rejimə dəqiq əməl etməlidir:

1.Saat 22-də yatıb, 06-da durmaq. Dərhal 300-400 qram çiy (olmasa qaynamış) suya 2 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı bal qatıb ilıq şəkildə qurtum-qurtum içmək. 40-60 dəqiqə bədən tərbiyəsi ilə məşqul olmaq, kontrast su vannası, mümkün olmasa “duş” qəbul etmək, yaxud yaxalanmaq. 1 stəkan itburnu və qarağilə dəmləməsinə 1 limon və 1 çay qaşığı bal qatıb içmək. 1 stəkan meyvə şirəsi, 20-30 dəqiqədən sonra 1 stəkan tərəvəz şirəsi içmək. Nahara qədər çiy su qəbulunu davam etdirmək olar.

2. Nahar yeməyi: 1 stəkan itburnu və qaragilə dəmləməsi içdikdən sonra 1 nimçə tərəvəz salatı ilə 1 növ xörək (çörəksiz) yemək. Şam yeməyinə kimi çiy su qəbulunu davam etdirmək olar.

3.Şam yeməyi:1 stəkan itburnu və qaragilə dəmləməsindən sonra 1 nimçə tərəvəz salatı ilə 5-8 qoz və ya 10-15 fındıq və ya 10-15 badam, təzə kəsmik və ya şor və ya təzə pendir və ya təzə qatıq yemək.

Qeyd: ancaq qabıqlı qozdan istifadə edin, heç vaxt ləpə almayın. Çörəyi tərgidə bilməyən zəif iradəli adamlar onu günün altında qurudub, salatla heç nəsiz yesin. Bütün un məmulatları, şəkər, şirniyat, şokalad, tort, ət və ət məmulatları, qara çay, kofe, kakao, fanta - hüceyrələri qırır və mikrob ordusunu gücləndirir.
“Koronavirus” natəmiz KİV-nin məqsədyönlü şəkildə şişirdilən mikrobdan başqa bir şey deyil. Lakin, digər mikroblar kimi, bu mikrob da, qeyri-sağlam həyat tərzi keçirən qarınqulu insanlar üçün təhlükəlidir. Nəfsə qalib gəlməyi bacarın!..

Ərşad Əzimzadə,
“Ana Təbiət“ NGM-nin rəhbəri,
yazıçı-jurnalist.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar