Sizin Reklam Burada
Xəbər lenti
31 mart
30 mart
29 mart
BÜTÜN XƏBƏRLƏR

Koronavirusa qarşı daha effektli dərman tapıldı

Tarix: 19-03-2020 13:49     Baxış: 471 A- / A+
Koronavirusa qarşı daha effektli dərman tapıldı


Çin hökuməti yaxın gələcəkdə yeni koronavirus infeksiyasını, onun yaratdığı ağciyər iltihabını müalicə etmək üçün "Avigan" adlı dərmandan istifadə edəcək.

Rusiya KİV-i xəbər verir ki, biotexnologiyanın inkişafı üzrə Milli Mərkəzin rəhbəri Zhang Sinminin sözlərinə görə, dərman artıq pandemiyanın başlanğıc yeri sayılan Uhan və Shenzhen şəhərlərində sınaqdan keçirilib. Testlərdə 320 nəfər iştirak edib. Hökumətin açıqladığı məlumata görə, orta hesabla iki gün yarımda pasiyentlərdə hərarət normallaşıb. Dərman tətbiq edilmədiyi halda isə analoji proses 4 gündən çox davam edib. "Avigan" istifadəsindən dörd gün yarım sonra xəstələrdə öskürək keçib. Dərmanı qəbul etməyənlərdə isə bu, təxminən 6 gün ərzində baş verib.

Z.Sinminin sözlərinə görə, ən maraqlı müşahidə, bu dərmanı qəbul edənlərdə dörd gün sonra, koronavirus üçün təkrar testin mənfi olmasıdır. Dərman istifadə etməyənlərdə isə COVİD-19-la bağlı edilən test 11 gündən sonra neqativ cavablanıb.

Çindən olan başqa bir qrup tədqiqatçı isə koronavirus SARS-CoV-2-də "zəif yer"i aşkar ediblər. “Zəif yer” koronavirus infeksiyasının insan bədəninin hüceyrələrinə nüfuz etməsi mexanizmi ilə bağlıdır.

Alimlərin sözlərinə görə, SARS-CoV-2 hüceyrənin səthində CD147 reseptorla əlaqənin köməyi ilə bədənə müdaxilə edir. Koronavirus SP adlı xüsusi proteinin köməyi ilə hüceyrələrlə əlaqəyə girir.

Testlərin tətbiqi nəticəsində məlum olub ki, CD147-də antitellərə əsaslanan preparat olan “Menplazumab” virusların insan hüceyrələrinə nüfuz etməsinə əhəmiyyətli dərəcədə maneə törədir. Bu fərziyyəni alimlər immunoelektron mikroskopiya üsulu ilə təsdiqləyiblər.e-tibb.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar