Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşlı olmaq koronavirusun əsas risk faktoru deyil?- Əsas RİSKLƏR

Tarix: 15-03-2020 10:04     Baxış: 4243 A- / A+
Yaşlı olmaq koronavirusun əsas risk faktoru deyil?- Əsas RİSKLƏR


Koronavirus haqqında indiyə kimi bir çox məlumatlar yayılıb. Onlardan biri də koronavirusa daha çox yaşlı şəxslərin yoluxması, ağırlaşmaların, ölümlərin məhz bu yaş qrupunda qeydə alınmasıdır.

Manevr.az e-tibb.az-a istinadən xəbər verir ki, virusla bağlı yeni araşdırmalara görə, yaşlı olmaq koronavirusla bağlı yeganə ağırlaşdırıcı amil deyil. Alimlər COVİD-19-u başqalarına nisbətən daha ağır keçirən insanlar qrupunu müəyyən ediblər. Çində koronavirus infeksiyasının episentri olmuş Uhanda virusla bağlı daha əvvəl bilinməyən risk faktorlarını müəyyənləşdirən yeni faktlar aşkarlanıb. Məlum olub ki, diabet və yüksək qan təzyiqindən əziyyət çəkənlərdə ölüm halı daha çox ortaya çıxıb. Ona görə də bir şəxsin yaşlı olması heç də xəstəliyin ağır fəsadı ilə üzləşəcəyi demək deyil.

Uşaqlar arasında ölümlərin əsas səbəbi isə ağciyərin uzunmüddətli qeyri-invaziv ventilyasiyası olub.

Alimlər onu da bildiriblər ki, yaşlı insanlarda immun sisteminin zəif olması iltihabi proseslərə ləng reaksiya verməsinə gətirib çıxarır. Bu da ürək, beyin və digər orqanların vəziyyətinə mənfi təsir göstərir. İnfeksiyanın qarşısının alınması üçün daha vacib bir amil də aşkarlanıb. Bildirilir ki, koronavirusdan müalicə olunmuş insanlar daha uzun müddət yoluxucu olurlar. Patogen, virusa yoluxan şəxsin bədənini sağalandan 20 gün sonra tərk edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar