Sizin Reklam Burada
Xəbər lenti
08 iyul
07 iyul
06 iyul
BÜTÜN XƏBƏRLƏR

Məktəbli qızın gündəliyi: Koronavirusa necə tutuldum və necə sağaldım...

Tarix: 05-03-2020 15:33     Baxış: 468 A- / A+
Məktəbli qızın gündəliyi: Koronavirusa necə tutuldum və necə sağaldım...

Koronavirusa yoluxmuş Çin lisey şagirdi sağalandan sonra "Weibo” sosial şəbəkəsində xəstəliyə yoluxmasından sağaldığı o xoşbəxt vaxta kimi yaşadıqlarını günbəgün təsvir edib.

Manevr.az həmin gündəliyi təqdim edir:

"İndi bu sətirləri yazdığım vaxt artıq ikinci analizimin nəticəsi əlimdədir. Təmiz çıxıb. Analizin nəticələrində deyilir: "Koronavirus - cavab mənfidir". Bu o deməkdir ki, artıq xəstə deyiləm və rəsmi olaraq koronavirusun səbəb olduğu pnevmoniyadan sağalmış hesab olunuram. Bədənim infeksiyanın öhdəsindən gəldi. Artıq təcrübəmi bölüşə bilərəm. Ümid edirəm ki, yazdıqlarımın başqa xəstələrə bir köməyi dəyəcək.

17 yanvar


Xarici dil dərsində qəfildən halım pisləşdi. Temperaturumun yüksəldiyini hiss etdim, amma məktəbdə termometr yox idi. Əvvəlcə düşündüm: qorxulu heç nə yoxdu, çünki əvvəlki günlərdə başqa uşaqlarda da qızdırma olmuşdu, amma hər şey öz-özünə keçib-getmişdi və məlum olmuşdu ki, adi soyuqdəymədi.

Həm oxuduğum məktəb, həm evimiz epidemiya yayılmış ərazidədir. Üstəlik mən virus vaqiəsinin başladığı həmin "Cənubi Çin” bazarının yaxınlığında yaşayıram. İş ondadı ki, mənim bu bazara heç vaxt ayağım dəyməmişdi.

Elə ondaca ilk səhvi etmiş oldum. Həkimə getmək əvəzinə, təbabətlə müalicə olunmağa başladım. Sonra məlum oldu ki, bu, təkcə faydasız deyil, həm də zərərliymiş.

21 yanvar


Günorta dərsdə halım daha da pisləşdi, bütün bədənim sızıldayırdı. Atama zəng etdim. Elə o başa düşdü ki, nəsə məsələ başqadı. Tapşırdı ki, dərhal evə gedim.

O axşam evdə temperaturumu ölçdülər. Lap da yuxarı deyildi, ancaq yenə də bütün bədənim ağrıyırdı. Anam xəstəxanaya getmək lazım olduğunu dedi, ancaq mən istəmdim və valideynlərim bir az da gözləməyimə etiraz etmədilər.

Ancaq saat 23.00-da dözə bilmədim, xəstəxanaya gedəsi olduq. Adam əlindən tərpənməli deyildi. İlk dəfəydi həkimləri xüsusi qoruyucu geyimdə görürdüm. Vəziyyət çox xoşagəlməz idi. Qəbul otağında çox böyük növbə olduğundan ağciyər xəstəlikləri üzrə ixtisaslaşan yaxınlıqdakı xəstəxanaya getməyə qərar verdik. Bu qərarımızın düzgün olduğu məlum oldu.

Qəbul otağında qaraciyərimi yoxlamaq üçün məndən qan analizi götürdülər, kompüter tomoqrafiyadan keçirtdilər və biokimyəvi analiz etdilər.
Nəticələr elə həmin gecə gəldi: ağciyərlərin aşağı paylarında iltihab ocaqları tapılmışdı. Evdə qəbul etmək üçün dərman verib, evə buraxdılar.

25 yanvar


Son günlər öskürəyim gücləndi, bəlğəm görünməyə başladı. Çox çətinliklə öskürürdüm. Yenidən xəstəxanaya getdim. Müayinə vəziyyətimin pisləşdiyini göstərdi. İltihab ağciyərləri tamamilə bürümüş, C-reaktiv zülalın səviyyəsi (CRP, iltihablı proseslərin göstəricisi - red.) 39,76 mq/l (norma - 1 mq/l-ə qədərdir) artmışdı. Həkim mənə su köçürdü.

26 yanvar


Bu gün halım lap pis oldu. Temperatur 39° C-dən yuxarı qalxdı. Əlavə müayinələr xəstəliyin sürətlə irəlilədiyini göstərdi.

Ancaq bəxtim varmış: axşam temperaturum düşdü və öz otağımdan çıxmamaq şərtiylə məni evə buraxdılar.

Valideynlərim kömək üçün öz tanışlarına və həkimlərə müraciət etdilər.

28 yanvar


Özümü pis hiss edirəm. Xəstəxanada təyin olunan dərmanlar ciddi əks-təsirlərə səbəb olur - ishal və qusma.

Xəstəxanaya getdik. Dərmanlarımın dəyişdirilməsinə qərar verdilər.

Ancaq yaxşı xəbər də oldu: testlər vəziyyətimin yaxşılaşdığını göstərdi!

29 yanvar


Evimizdə çaxnaşma var. Qardaşımın hərarəti qalxdı, onda da öskürək başladı və müayinə üçün xəstəxanaya getdilər. Nənəmin də qızdırması qalxıb.
Xəstəxanada bizi bir xəbər gözləyirmiş: məlum oldu ki, bütün koronavirus xəstələrinə QİÇS dərmanları ilə pulsuz 5 günlük müalicə kursu verilir.

Qohumlarım da o dərmanlardan qəbul etməyə başladı. Atam mənə 3 dərmandan hazırlanan HİV kokteyli içməyi tövsiyə etdi.
İçməyə başladım, dərhal da temperaturum düşdü. Ancaq əks-təsirləri tamamilə yoxa çıxmadı, mədəmin köpü hələ də qalırdı.

1 fevral


Ura, artıq yaxşıyam! Analizlər də bunu təsdiqləyir. Ağciyərlərin aşağı paylarının vəziyyəti də yaxşılaşıb. Öskürək yenə çox əziyyət versə də, test nəticələri normaya düşmüşdü. O qorxulu vəziyyət geridə qalmışdı.

Qardaşım müayinə edildi və koronavirusa yoluxduğu rəsmən təsdiqləndi.

4 fevral


Bu gün sevindirici xəbərlər var. Kompüter tomoqrafiyası ağciyərlərin vəziyyətinin getdikcə yaxşılaşmaqda olduğunu göstərdi. Öskürək yaxamdan əl çəkdi. Müayinə 150 yuana (70 şekel) başa gəldi.

6 fevral


Təkrar analizlərin nəticələri gəldi. Nəticə yenidən mənfi oldu, koronavirus yox oldu və mən sağlam elan edildim.

Xəstəliyin başlanğıcından sağalmasına qədər 20 gün keçdi.

Xəstəliyin heç bir mərhələsində xəstəxanada müalicə olunmadım.

Qardaşımın da vəziyyəti yaxşılaşdı, nənəmin də hərarəti aşağı düşdü.

Düzdür, anamla birlikdə temperatur yüksələndə bir az qorxmuşduq, amma bir neçə gündən sonra hər şey öz-özünə qaydasına düşdü.

Ailənin 4 üzvündə infeksiya şübhəsi oldu, ancaq bu, yalnız ikisində təsdiqini tapdı. Qalanları sağlamdır.

Artıq mən də xəstə deyiləm. Hamınıza da şəfalar arzulayıram...”

Xatırladaq ki, dünyada koronavirus xəstəliyinə yoluxanların ümumi sayı 93 088 nəfərdir, onlardan 3203 nəfəri dünyasını dəyişib. Xəstələrin əksəriyyəti Çin, Cənubi Koreya, İtaliya və İranda qeydə alınıb.

Yeni koronavirusun əsas simptomları quru öskürək və temperaturdur, baxmayaraq ki, bəzən xəstəlik simptomlar olmadan davam edə bilər. Kəskin formalarda Covid-19 nəfəs darlığı ilə müşayiət olunur.qaynarinfo

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar