Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda turşudan zəhərlənən ailənin daha bir üzvü öldü

Tarix: 16-02-2020 18:08     Baxış: 4196 A- / A+
Azərbaycanda turşudan zəhərlənən ailənin daha bir üzvü öldü


İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı üzvü reanimasiya şöbəsində ölüb.

Manevr.az xəbər verir ki, fevralın 12-də Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.

Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Daha ağır vəziyyətdə olan Səyalı Ağayeva orada dünyasını dəyişib.

Komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı qızı Samirə isə bir neçə saat əvvəl dünyasını dəyişib.

Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar