Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ömrü uzadan ən faydalı idman növü müəyyən edilib

Tarix: 01-02-2020 22:01     Baxış: 4253 A- / A+
Ömrü uzadan ən faydalı idman növü müəyyən edilib


Hansı idman növünün ömrü uzatdığı müəyyən edilib.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, ABŞ alimləri bununla bağlı araşdırma aparıblar. Onlar hesab edir ki, mütəmadi olaraq üzgüçülüklə məşğul olmaq ömrü uzadır, bu idman qaçış və gəzməkdən daha yaxşı nəticələr göstərir.
Tədqiqatçılar 32 il ərzində 20-90 yaş arasında 40 min nəfəri müşahidə edəndən sonra bu qənaətə gəliblər. Üzgüçülərin ölüm riskinin idman və ya gəzinti həvəskarlarına nisbətən 50% aşağı olduğu deyilir.

Alimlər hətta bildiriblər ki, üzgüçülərin qaçışla məşğul olanlara nisbətən statistik cəhətdən daha aşağı ölüm faizinə malik olduğuna təəccübləniblər.

Üzgüçülük piyada gəzməkdən də daha faydalı sayılır.
Bu, ürək-damar sisteminin fiziki fəaliyyətə tab gətirmə qabiliyyəti olan kardiorespirator dözümlülüyünü artırır. Bundan əlavə, üzgüçülük, qaçışdan fərqli olaraq, aşağı oynaqlara güc salmır və aşağı ətraf xəstəliklərindən əziyyət çəkənlər üçün də məsləhət görülür.

Harvard Universitetinin alimləri isə üzgüçülüyü "mükəmməl məşq" adlandırıb. Bu hətta artrit xəstəliyindən əziyyət çəkənlər üçün də faydalıdır. Üzgüçülük habelə psixoloji vəziyyəti qaydaya salmaq, əhval-ruhiyyəni yüksəltmək üçün də tövsiyə olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar