Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Boyunda ağrı hansı səbəblərdən yaranır?

Tarix: 18-01-2020 19:37     Baxış: 3243 A- / A+
Boyunda ağrı hansı səbəblərdən yaranır?

Boyun ağrıları günümüzdə ən çox yayılan, geniş rast gəlinən problemlərdən biri sayılır.

Boyun ağrıları nədən yaranır?

Manevr.az e-tibb.az-a istinadən alkologiya üzrə mütəxəssis, professor Ateş Önalın boyun ağrının səbəbləri barədə fikirlərini təqdim edir.

Boyunda disk yırtığı

Onurğanın boyun hissəsində 7 ədəd fəqərə var. Disklər arasında yırtıq yaranması nəticəsində oradan çıxan sinirlərin sıxması sayəsində boyunda və qollarda ağrı yarana bilər. Sinir sıxılmasının sahəsinə görə, boyunda, qollarda ağrı ilə yanaşı, qolların əzələsində gücsüzlük, əllərdə hissiyatın itməsi, keyimə yaranması da mümkündür.

Qığırdaqlarda yaranan kirəcləşmə

Qığırdaqlarda kirəcləşmə onların degerenarsiyasına, yəni yeyilməsinə səbəb olur. Bu, boyunun normal hərəkət etməsinin qarşısını alır.

Belıə hallarda ağrı yaranmaqla yanaşı boyunu tərpətmək də çətinləşir.

Qığırdaq yeyilməsi oradan olan sinirləri zədələdiyi üçün ətrafda keyimə, iynə batırmış kimi hissiyyat yaranır.

Onurğa kanalında daralma

Onurğa beyninin və ya sinirlərin keçdiyi kanalın daralması onurğa beyninin qidalanmasının pozulmasına səbəb olur, bu da boyunda ağrı yaradır.

Ən çox yaşlı insanlarda rast gəlinıən əllərdə keyimə, gücsüzlük, iş qabiliyyətinin itirilməsi kimi hallar bundan qaynaqlana bilər.

Boyundan çıxan sinirlərin çiyin və qoltuqaltında sıxılması da boyundan başlayarq ollara yayılan ağrıya səbəb ola bilər.

Revmatik xəstəliklər boyunda yaranan ağrının səbəblərindən biri sayılır. Revmatoid artrid, anklozlaşdırıcı spondilit və s. revmatik xəstəliklər boyun hərəkətlərində məhdudiyyətə səbəb olur.

Adətən bu hallarda ağrı hərəkət etdikcə azalır, uzun müddət eyni vəziyyətdə qalanda, məsələn uzananda ağrı artır.

Boyunda ağrı yaradan digər səbəb travmalar sayılır.

Məsələn, yol qəzalarında boyunun önə və ya arxaya doğru qəfil hərərkəti boyun bağlarında ciddi travmalara, bu isə ağrıya səbəb ola bilər.

Bəzi idman növləri, o cümlədən hündürlükdən yıxlmaq nəticəsində də belə travmaların yaranması mümkündür.

Boyun və çiyin ətrafında olan əzələlərdə yaranan problemlər də belə ağrılara səbəb olur.

Əzələ və bağlarda zədələr boyun ağrılarının əsas səblərindən sayılır.

Ən çox da boyun əzələrinin gərilməsi zamanı ağrı üzə çıxır.

Ağırlıq qaldırmaq, çox idman etmək, uzun müddət işləmək, yanlış oturmaq boyunda ağrıya səbəb olur.

Bundan başqa, yanlış pozisiyalarda yuxuya getmək, hündür yastıqdan istifadə də boyunda hərəkətsizliyə, ağrıya səbəb olan amillərdən biridir.

Belə hallarda olan boyun ağrıları çox zaman yüngül müdaxilə ilə aradan qalxır.

Həmçinin şişlər- boyun şişləri, onurğa beyni şişləri, vərəm, brüsselyoz və s. kimi sümüklərdə infeksiya yaradan xəstəliklər boyunda, eləcə də qollarda ağrı yaradır.

Çiyin sümüklərində olan problemlərdən qaynaqlanan boyun ağrılarılarının da yaranması mümkündür.

Həmçinin qida borusu, tənəffüs sistemi, qalxanbənzər vəzi, ağciyər xəstəliklərində də bəzi hallarda boyunda ağrı ortaya çıxır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar