Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur həkim xəstəliklərin artmasının GİZLİ SƏBƏBLƏRİNİ AÇDI

Tarix: 14-01-2020 19:06     Baxış: 4257 A- / A+
Məşhur həkim xəstəliklərin artmasının GİZLİ SƏBƏBLƏRİNİ AÇDI

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov soyuq havalarda insan orqanizmində baş verən bəzi dəyişiklikləri sadalayıb.

Manevr.az xəbər verir ki, tanınmış həkim qış aylarında xəstəliklərin artmasının səbəblərini belə izah edib:

* İnsan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar mütəmadi quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər əksinə, dodaqların üzərində qalaraq çatlar əmələ gətirir.

* Soyuq aylarda dişlərdə əvvəlcədən olan problemlər üzə çıxır. Karies olan dişə soyuq su dəydikdə necə ağrı hiss etdiyinizi xatırlayın.

* Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək, əksinə isti evdən soyuq havaya çıxmaq və soyuq havalarda artan susuzluq miqren üçün qıcıqlandırıcıdır.

* Kimdə şəkərli diabet varsa, soyuq havalarda qanda qlükoza miqdarı artacaq. Çünki soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar.

*İnsanlarda susuzluğa qarşı hissiyyat azalır. Nəticədə dehidratasiya riski artır. Susuzluq + quru soyuq hava dərini daha da qurudur. Bu xüsusən üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur.

* Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı davamlı edir, lakin insanlarda çəkinin artmasına səbəb olur.

* Soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, onlara qan axını zəifləyir. Əzələlər soyuq və az elastik olur. Əgər idman edirsinizsə, travma almaq ehtimalınız yüksəlir.

*Soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır.

*Evlərin də pəncərələri kip bağlandığı üçün radon qazının səviyyəsi artır və bu özünü yorğunluq, baş ağrısı ilə büruzə verir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar