Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qış üçün faydalı, vitaminlərlə zəngin, əvəzolunmaz qida - Ekspert tövsiyəsi

Tarix: 03-01-2020 14:52     Baxış: 4214 A- / A+
Qış üçün faydalı, vitaminlərlə zəngin, əvəzolunmaz qida - Ekspert tövsiyəsi

"Qurudulmuş meyvələr lətli meyvələr qədər faydalıdır. İlin bütün fəsillərində onları tapmaq daha rahat olduğundan insanlar qurudulmuş meyvələrin istehlakına daha çox yer verir. Lətli meyvələrdən fərqli olaraq belə meyvələr suyun, nəmişlik faizinin azaldılması yolu ilə əldə oldunduğundan tərkibindəki vitamin və minerallar qalır".
Manevr.az bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu meyvələrin porsiyalarına da diqqət yetirmək lazımdır: "Porsiyaların miqdarı meyvəyə və insan orqanizminə görə dəyişir. Ərik qurusunda A,E, B vitaminləri üstünlük təşkil edir. Gün ərzində maksimum 5 quru ərik yemək olar. Bu miqdar şəkər xəstəsi olanlara şamil edilmir, gün ərzində maksimum 3 ərik istehlak etmək olar".

Ekspert gavalı qurusu və xurmanın mədə bağırsaq və həzm prosesini yaxşılaşdırdığını qeyd edib: "Gavalı qurusunun tərkibində kalium, maqnezium var. Eyni zamanda, qaraciyər, revmatizma, böyrək üçün çox faydalıdır. Xurma qanda artıq şəkərin yığılıb yağlara çevrilməsinin qarşısını alır".

Mütəxəssis meyvələrin qurudulması yollarının onların tərkibinin dəyişməsinə təsir etdiyini vurğulayıb: "Quru meyvələr üç yolla qurudulur: günəşdə, kölgədə və kimyəvi prossesləri keçərək, sürətli temperatur dəyişikliyi edilək. Günəşdə qurudulubsa, bu, təhlükəsiz hesab olunur və onları saxlamaq daha rahat olur. Lakin bu prosesdə meyvələr daha tez quruyur və bir az bərk olur.

Bu meyvələr çox xeyirli hesab olunsa da qurudulması uzun müddət tələb etdiyi üçün insanlar bu üsuldan uzaq qaçır. Kimyəvi üsul meyvəni daha tez qurutsa da, ona çox bərk olmaması üçün kimyəvi qatqılar qatılır".

Məhsəti Hüseynova quru meyvələri seçərkən diqqətli olmağı tövsiyə edib: "Xarici görünüşü zədələnməmiş və bütöv olmalıdır, meyvələrin üzərində çatlar gözə dəyməməlidir. Bərk yox, elastik olmalıdır. Əgər büzüşübsə, düzgün qurudulmadığına işarədir. Bəzən onların üzərində qıcqırma və ya kif əlamətləri olur. Bu da orada bakteriyaların yarandığına işarədir, göbələk və digər infeksion xəstəliklərin yaranması təhlükəsindən xəbər verir. Qoxusuna görə də belələrini ayırd etmək mümkündür".

Mütəxəssis ev şəraitində quru meyvələrin saxlanma qaydalarından danışıb: "Günəş şüaları ilə birbaşa təmasda olmamalı, qaranlıq və quru yerdə maksimum 5-20 dərəcə temperaturda saxlanılmalıdır. Belə meyvələrdən 6-12 ay ərzində istifadə etmək lazımdır, daha çox saxlamaq məsləhət görülmür"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar