Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyalı mütəxəssislər alkoqol haqqında VACİB SİRRİ AÇDI: “Bir ildən sonra...”

Tarix: 02-01-2020 15:21     Baxış: 3206 A- / A+
Almaniyalı mütəxəssislər alkoqol haqqında VACİB SİRRİ AÇDI: “Bir ildən sonra...”


Mütəxəssislər qeyd edirlər ki, Yeni il tətili yalnız yaxşı istirahət vaxtı deyil, həm də insanların spirtli içki qəbul etməyi qərara aldığı bir dövrdür.

Bir insan həftədə iki gün spirtli içkisiz keçinə bilirsə, deməli, heç bir alkoqol asılılığı yoxdur. Bu barədə Almaniyanın Bad Brükkenay bölgəsindəki Betti Ford klinikasının baş həkimi Yarmila Malmeyster məlumat verib. O, bildirib ki, alkoqoldan imtina etmək qərarına gələnlər içkini çox vaxt gündəlik vərdişə çevirənlərdir.

Ancaq alkoqol qəbul etmədiyiniz günlərdə fikriniz daim içkinin yanındadırsa, səhhətiniz haqqında ciddi düşünməyə və ən azı bir ay ondan imtina etməyə dəyər. Bir həftə içində insan dəyişiklikləri hiss edəcək: yuxunun keyfiyyəti yaxşılaşacaq və iş qabiliyyəti artacaq. Bundan əlavə, qaraciyərin bərpası prosesi başlayacaq ki, bu da yığılan yağları daha fəal şəkildə parçalamağa imkan verəcək.

Alkoqoldan bir illik imtina etsəniz, həzm və yağ yandırma prosesləri əhəmiyyətli dərəcədə sürətlənəcək, odur ki, artıq çəkilərdən daha tez xilas olacaqsınız. Həkimlərin dediyinə görə, əvvəllər gündə iki qədəh alkoqol içənlər bu vərdişdən imtina etməklə ildə asanlıqla 20 kiloqram arıqlaya bilər.

Aprel ayında Pekin Universitetinin alimləri isə insultun müalicəsində spirtli içkilərin faydalı olması barədə məşhur nəzəriyyəni təkzib ediblər. Mütəxəssislər müəyyən ediblər ki, gündə bir və ya iki qədəh alkoqol insult riskini müvafiq olaraq 10-15 faiz, dörd qədəh isə 35 faiz artırır.

Qeyd edək ki, bu tədqiqat əsasən Çin xalqına yönəldilib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar