Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş infeksionistdən qrip açıqlaması: “Ola bilsin ki, gərginləşsin…”

Tarix: 18-12-2019 21:38     Baxış: 3246 A- / A+
Baş infeksionistdən qrip açıqlaması: “Ola bilsin ki, gərginləşsin…”


Son vaxtlar Azərbaycanda qızdırma, aşırı halsızlıq və boğaz ağrısı ilə müşahidə olunan “qrip” yayaılıb.

Uzun müddət davam edən bu əlamət əhali arasında ciddi narahatlığa səbəb olub. Ev şəratində, hətta həkim təyinatı ilə qəbul edilən dərmanlar da xəstəliyə yardım etmir. Uşaqlar arasında müşahidə edilən bu hal ağırlaşmalarla müşahidə olunur.

Qeyd edək ki, qonşu Gürcüstanda da qripə yoluxma hallarının artımı başlayıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadzenin bildirdiyinə görə artıq qrip hallarının çoxalması ikinci həftədir davam edir. O, ölkədə qripin üç alt növünün yayılmasının müşahidə edildiyini bildirib:

“Son həftənin göstəricilərinə əsasən, yoluxma hallarının 30%-i B, 10%-i H1N1, digər 10%-i isə H3N2 tipli viruslara aiddir. Yerdə qalan 50% isə qripə bənzər viruslardır və böyük əksəriyyətini rinoviruslar təşkil edir”.

Elmi rəhbərin sözlərinə görə, dekabrın sonuna qədər yoluxma hallarının artım dövrü davam edəcək.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda hələlik laborator təsdiq olunmuş qrip xəstəliyinə rast gəlinməyib:


“Fakt odur ki, xəstələnmə hadisəsi var. Dost, qohum və tanış arasında xəstələnənlər var. Bu danılmazdır. Kütləvi hal yoxdur və epidemik vəziyyət gərgin deyil. Amma var, ola bilsin ki, gərginləşsin, ola da bilsin ki, artmasın. Hər il bu vaxtlar, ilin soyuq fəsillərində qrip və digər respirator virusların yayılması müşahidə olunur. Soyuq mövsümü başlayan kimi və onların soyuğa davamı yüksək olduğu üçün bu xəstəliyin epidemioloji situasiyası artır. Bizim respublikamız da ondan xali deyil. İranda, Türkiyədə, Gürcüstanda varsa, bizdə də olmalıdır. Sərhədlərimizi qripdən qorumaq mümkündürmü ki? Özümüz özümüzü qoruya bilmirik. İnsan evdə xəstələnir və xəstə halı ilə, tibbi maska istifadə etmədən işə gəlir. Onun 1 saat işdə durması kifayət edir ki, iş yoldaşlarının hamısını yoluxdursun. Biz dəfələrlə mətbuat və ya televiziya vasitəsilə təbliğat aparırırıq. Xəstə uşaqların bağçaya, məktəbə göndərilməsi düzgün deyil”.

Cəlal İsayev qeyd edib ki, hazırda müşahidə edilən qrip getdikcə artmaqda davam edəcək, sonra isə yavaş-yavaş azalacaq:

“İnsanlar özlərini qorusa, heç bir problem yaranmaz. Əsas odur ki, xəstələnən kimi özbaşına müalicə olunmasın. Həkimə müraciət etmək vacibdir. Vərdiş etmişik, xəstələnən kimi aptekə gedib antibiotik alırıq. Antibiotik qrip xəstəliyinə və digər respirator virus infeksiyalarına təsir etmir. Yalnız ağırlaşmalar olarsa, həkim tərəfindən antibiotik təyin oluna bilər”. /cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar