Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail müsəlmanların DNT-sini pozmaq üçün BUNU EDİR? - Alimdən ŞOK AÇIQLAMA

Tarix: 18-12-2019 15:03     Baxış: 4243 A- / A+
İsrail müsəlmanların DNT-sini pozmaq üçün BUNU EDİR? - Alimdən ŞOK AÇIQLAMA

“Peyvənd vurdurmayaq, xəstəliyi keçirərək ona qarşı immunitet qazanaq” mövqeyi böyük risk daşıyır. Bu düşüncə, uşaqlara “rus ruleti” oynatmaqla eynidir. Peyvəndin autizmə yol açdığı iddiasının reallıqla yaxın-uzaq əlaqəsi yoxdur. Peyvəndə qarşı çıxmaq elmlə savaşmaqdır”.

Manevr.az xəbər verir ki, bunu İstanbul Universiteti Tibb Fakültəsinin Tibbi Mikrobiologiya şöbəsinin professoru Səlim Badur deyib.
İsrail müsəlmanların DNT-sini pozmaq üçün BUNU EDİR? - Alimdən ŞOK AÇIQLAMA

O bildirib ki, İsrailin müsəlmanların DNT-sini pozmaq üçün xüsusi olaraq peyvənd istehsal etdiyini fikirləşmək axmaqlıq və cəfəngiyyatdan başqa bir şey deyil: “İllər ərzində peyvənddən istifadədə artım var, amma autizm sindromundan əziyyət çəkənlərin sayında çoxalma yoxdur. İtaliya və Almaniya 11 peyvəndi icbari edib. Bu peyvəndləri etdirməyən uşaqlar məktəblərə qəbul olunmur. ABŞ-ın bəzi bölgələrindəki peyvəndsiz uşaqlar izolyasiya edilmiş təhsil qurumlarına göndərilir. Bizdə isə uşaqlarına peyvənd vurdurmayan ailələrin sayı getdikcə artır”.

Professor vurğulayıb ki, dünyada peyvənd vurdurmağa imkanı olmayan ölkələr olduğundan, saatda 450 uşaq ölür: “Digər risk isə uşaq serebral iflicidir. İshal, meningit və ya vərəmin simptomları ilə meydana çıxan xəstəliklər ciddi problemlərə yol aça bilər. Yeni texnologiyalar sayəsində daha mükəmməl peyvəndlərdən istifadə edirik. İmmun sistemimiz 10-20 deyil, on minlərlə yad maddəni tanıyıb reaksiya vermək potensialındadır. Bu səbəbdən, peyvəndlərin sayı artdıqca, immun sistemimizin yorulması iddiası da əsaslı deyil”.

“Dərman firmalarının oyununa gəlməmək” iddiası ilə çıxış edən anti-peyvəndçilər uşaq xəstəlikləri və ölümlərindəki artımdan niyə danışmırlar? Peyvəndin tərkibində zərərli maddə yoxdur. Uşaqları ehtimal edilən xəstəliklərə qarşı qorumaq üçün vurulan maddənin zərərli olduğunu düşünmək ancaq cahillikdir”, - professor deyib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar