Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Balacaboy insanlar daha çox yaşayır - ALİMLƏR

Tarix: 12-12-2019 21:32     Baxış: 3240 A- / A+
Balacaboy insanlar daha çox yaşayır - ALİMLƏR


Uzun illər aparılan müxtəlif tədqiqatlar sübut edib ki, insanın boyu onun sağlamlığına təsir edir.

Manevr.az medicina.az-a istinadən bildirir ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur.

Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəliklərin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişafının riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur.

Alçaqboylu insanlarla müqayisədə hündürboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbini hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olması ilə izah edirlər. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur.

Təbii ki, bu heç də o demək deyil ki, bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək. Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır.

Bundan başqa, hündürboylu insanlarda şəkərli diabetin riski daha çoxdur. Boyu 183 sm-dən artıq olan insanlarda ayaq damarlarında trombların əmələ gəlməsi riski də yüksəkdir. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət edir ki, bu da durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb ola bilər. Bu həm kişilərə, həm də qadınlara aiddir.

Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar