Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təzyiqiniz səhərlər qalxırsa...

Tarix: 06-12-2019 23:07     Baxış: 5306 A- / A+
Təzyiqiniz səhərlər qalxırsa...


İnsanın arterial təzyiqi gün ərzində dəyişilir. Belə ki, gecə saatlarında təzyiq 10-30% aşağı düşə bilər, səhər isə yenidən normaya qalxır.

Lakin bəzi insanlarda təzyiq səhərlər əhəmiyyətli dərəcədə qalxa bilər ki, bu da səhər hipertoniyasına səbəb olur.

Manevr.az saglamolun.az-a istinadən bildirir ki, səhərlər təzyiqin yüksək rəqəmlərə qalxması ürək tutması, infarkt və insult kimi pozulmaların riskini kəskin artırır. İnsan bunu nəzərə almalı və vaxtında lazım olan tədbirləri görməlidir.

Bu tədbirlər arasında:

- təzyiqi salmaq üçün istifadə olunan dərman preparatlarının düzgün seçimi,

- pəhriz (duz və yağların azaldılması),

- fiziki aktivlik,

- ziyanlı vərdişlərdən imtina,

- bədən çəkisini normada saxlamaq,

- streslərdən uzaq durmaq və s.

Nəzərinizə çatdıraq ki, 120/80 mm.c.st. və bundan aşağı təzyiq normal sayılır.

120/80-139/89 mm.c.st arasında təzyiq ona işarə edir ki, insanda hipertoniyanın inkişafı riski yüksəkdir.

Təzyiq 140/90 mm.c.st-dan yuxarı qalxırsa bu artıq hipertoniya sayılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar