Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həkimdən qorxulu ÇAĞIRIŞ: Bu xəstəlik ağciyərlərə yayılır

Tarix: 01-12-2019 16:29     Baxış: 3232 A- / A+
Həkimdən qorxulu ÇAĞIRIŞ: Bu xəstəlik ağciyərlərə yayılır


Qrip virusu demək olar ki, hər mövsümdə özünü göstərir. Lakin qış aylarında havanın soyuq olması xəstəliyin daha da ağır keçməsinə səbəb olur. Ağır keçən qrip valideynlərdə bəzən çaşqınlıq yaradır. Belə ki, bəzən uşaqlarda qrip deyil sətəlcəm olur. Valideynlər isə bunu bilmədiyindən uşaqları vaxtında həkimə aparmırlar və nəticədə ağır fəsadlar yaranır.

Bəs sözügedən xəstəlikləri necə ayırd etmək mümkündür?

Manevr.az bildirir ki, mövzu ilə bağlı lent.az-ın suallarını cavablayan Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov bildirib ki, qrip viruslarına qarşı vaxtında tədbirlər görülməsə daha ağır nəticələri ola bilər:

"Kəskin respirator virus infeksiyalarının törədicisi olan viruslar, eyni zamanda sətəlcəm də törədə bilər. Belə ki, yuxarı tənəffüs yollarında baş verən proses müalicə olunmazsa və ya profilaktikası vaxtında aparılmazsa, aşağı tənəffüs yollarına və ağciyərlərə keçərək sətəlcəm törədə bilər. Həm də kəskin respirator virus infeksiyaları zamanı orqanizmin immuniteti zəiflədiyi üçün bakterial infeksiya da qoşula bilər. Bu da sətəlcəmə gətirib çıxarar".

R. Bayramovun sözlərinə görə, sətəlcəmin əlamətləri bunlardır:

"Kəskin respirator virus infeksiyaları daha çox yuxarı tənəffüs yollarının iltihabı ilə müşahidə edilir. Məsələn, asqırmaq, burun tutulması, burun axması, baş ağrıları, boğaz qıcıqlanması, ümumi halsızlıq və s. Eyni zamanda ilk vaxtlarda quru, sonra isə bəlğəmli öskürəklə müşahidə edilir. Pnevmoniya zamanı isə əlamətlər daha ağır olur. Çünki bu zaman artıq ağciyər toxuması da prosesə cəlb olunur. Pnevmoniyanı törədən səbəbdən asılı olaraq əlamətləri fərqli olur. Ümumiyyətlə, daha çox öskürək, hərarətin yüksəlməsi, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, tənginəfəslik və s. baş verir".

Həkimdən oxuculara məsləhət

Həkim bildirib ki, çox vaxt kəskin respirator virus infeksiyaları zamanı həkimə vaxtında müraciət edilmir, bu da sətəlcəmin və digər ağırlaşmaların yaranmasına səbəb olur: "Artıq müayinə olunanda ağciyərlərin də prosesə cəlb olunduğunu, xəstəliyin ağciyərlərə də yayıldığını müşahidə edirik. Buna görə qrip viruslarının vaxtında qarşısı alınmalı, profilaktik tədbirlər görülməlidir. Qripin sağalma prosesi uzanarsa, həkimə müraciət etmək lazımdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar