Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Evlənmək istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

Tarix: 14-11-2019 09:33     Baxış: 3213 A- / A+
Evlənmək istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb


Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 21 253 nəfərdə talassemiya daşıyıcılığı, 1979 nəfərdə sifilis xəstəliyi, 581 nəfərdə İİV/QİÇS, aşkar edilib.

Manevr.az xəbər verir ki, bunu özəl olaraq trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, indiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 228 cütlük aşkar edilib.

Z.Əlimirzəyeva əlavə edib ki, 2015-ci il iyun ayının 1-dən indiyədək nikaha daxil olmaq üçün 616 076 nəfər insan qan müayinəsindən keçib. Yalnız bu ilin yanvar-oktyabr ayları ərzində 116 263 nəfər qan müayinəsinə cəlb olunub. Onların 3018 nəfərində talassemiya daşıyıcılığı, 126 nəfərində İİV/QICS, 251 nəfərində isə sifilis xəstəliyi aşkar edilib. Bu ilin 10 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 39 cütlük prenatal müayinəyə cəlb olunub.

Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.

İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar