Sizin Reklam Burada
Xəbər lenti
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Depressiyanın müalicəsində mühüm kəşf – Elmi araşdırma

Tarix: 08-11-2019 09:39     Baxış: 458 A- / A+
Depressiyanın müalicəsində mühüm kəşf – Elmi araşdırma


Hisslər – mücərrəd anlayışların paradiqmasıdır. Bir gülümsəməni görə, bir nifrətə toxuna və utandığımızı hiss edə bilərik. Amma xoşbəxtliyi görmək mümkün deyil. Buna baxmayaraq, insanların mücərrəd hislərinin fiziki dünya ilə qarşılıqlı əlaqəsi müxtəlif yollarla qurula bilər.

Elm adamlarına görə, insan hislərinin fundamental ölçüsü olan duyğusal motivasiyanın (affective motivation) beyində harada olduğunu və kortikal elementlərini insanların əllərindən istifadə qaydasından müəyyən etmək mümkündür.


Manevr.az elm adamlarının insan hisləri haqda araşdırmasını təqdim edir.

Duyğusal motivasiya fiziki və ya sosial stimullara yaxınlaşmaq və ya bunlardan qaçmaq meyli kimi müəyyən edilə bilər. Beyində sol yarımkürə tez-tez xoşbəxtlik və nifrət kimi yaxınlaşma tələb edən duyğuları dəstəkləyir, sağ yarımkürə isə iyrənmə və qorxu kimi uzaqlaşmaq emosiyalarını dəstəkləyir.

Bu nümunə bir çox elmi məlumatlar tərəfindən təsdiq edilsə də, hislər üçün müşahidə olunan və funksional ixtisaslaşmaya səbəb gətirən funksional prinsiplər hələ də bəlli deyil. Bu nöqtədə hərəkət və hiss arasındakı əlaqə beyində mümkün bir ixtisaslaşma prinsipini ortaya qoya bilər .

“Qılınc və qalxan hipotezi”


Serebral korteksin fərqli hissələri fərqli duyğular üçün ixtisaslaşıb, amma bunun fundamental prinsipləri məlum deyil.

“Qılınc və qalxan hipotezi”nə (Sword and Shield Hypothesis) görə, emosional motivasiya beyindəki bu hemisferik ixtisaslaşmaya – insanlarda yaxınlaşma və qaçma qərarını reallaşdırmaq üçün əllərdən istifadə qaydalarına görə dəyişir. Neyroşünaslıq araşdırmalarının tarixinə baxdıqda, çox vaxt insanların tez-tez dominant əllərindən yaxınlaşan, dominant olmayan əllərindən isə hərəkətlərdən qaçmaq üçün istifadə etdikləri arqumentləri qarşımıza çıxır.

Məsələn, bir insan kiçik bir topu tutmaq üçün dominant əlindən istifadə etdiyi halda, ona atılan topdan qorunmaq üçün dominant olmayan əlindən istifadə edir.

Yeni model


Bu nəzəriyyələri sınaqdan keçirmək üçün ABŞ-ın Kornell Universitetində aparılan bir araşdırmada güclü sol əli və güclü sağ əli olan sağlam insanlarda sol və ya sağ dorsolateral prefrontal korteksin effektivliyini artırmaq üçün “Transcranial Direct Current Stimulation” (TDCS) adlı tətbiqetmədən əvvəl və sonra davranış motivləri ölçüldü.

Beləliklə, tədqiqatda iştirak edən şəxslərin əllə meylinin frontal korteksə elektriklə xəbərdarlığından sonra reaksiya tələb edən emosiyaların artması və ya azalmasına səbəb olub-olmadığı sual altına alındı. Serebral korteksdəki davranış motivlərinin formasının fərdlər arasında fərqli olacağı proqnozlaşdırıldı. Nəticələr göstərdi ki, mücərrəd konsepsiyaların geniş miqyaslı kortikal təşkili insanların dünya ilə qarşılıqlı əlaqədə əllərindən istifadə qaydalarına uyğundur. Yəni, emosional motivasiya yaxınlaşma və qaçma kimi hərəkətləri yerinə yetirmək üçün inkişaf etmiş neyron dövranlarından istifadə edə bilər.

Yeni bir modelə görə, ümumi şüur problemlərinin müalicəsi əhalinin 50 faizindən çoxuna zərərli və disfunksiyalı ola bilər. 1970-ci illərdən bəri yüzlərlə araşdırma beynin hər iki yarımkürəsinin fərqli hislərə sahib olduğunu göstərir. Xoşbəxtlik, qürur və nifrət kimi yaxınlaşma tələb edən hisslər beynin sol tərəfində, nifrət və qorxu kimi qaçma tələb edən hisslər beynin sağ tərəfində yerləşir.

Ancaq burada əsas problem araşdırmanın yalnız sağəlli insanlar üçün aparılmasıdır. Bu gözdən yayınan detala münasibət bildirən Kornell Universitetinin tədqiqatçılarının fikrincə, bu, emosiyaların beyində necə işlədiyinə dair yarımçıq nəticələr verir. Elm adamlarına görə, bu proses solaxaylarda beynin əks istiqamətində gedir. Buna görə də tədqiqatçılar yeni və daha kəskin bir təklif verdilər - solaxay və ya sağəlli olub-olmamasından asılı olaraq emosiyaların tənzimləndiyi kortikal sahələrin dəyişdiyi iddiasını ortaya qoydular.

Digər fərziyyələr

Eyni tədqiqat qrupunun əvvəlki araşdırmasına nəzər yetirəndə isə “Qılınc və qalxan” nəzəriyyəsinin bu dəfə Elektroansefaloqrafiya (EEG) vasitəsilə sınaqdan keçirildiyini göstərir. Bu araşdırmada sağ əllərindən istifadə edən insanlarla aparılan təcrübələr göstərdi ki, davranış hislərinin fəallığı sol yarımkürənin aktivliyi ilə üst-üstə düşür. Bu baxımdan, solaxaylarda bu əlaqənin əks getdiyi proqnozlaşdırıldı və bu proqnoza uyğun nəticələr əldə edildi.

Bu araşdırmalarla yanaşı, bəzi fərziyyələr də irəli sürüldü. Elektrikli stimullaşdırma prosedurları ilə depresiya və uzun müddətli narahatlıq problemlərinin müalicəsinin solaxay xəstələr üçün zərərli ola biləcəyi deyildi.

Beynin sol tərəfindəki elektrikli stimullaşdırmanın insan həyatına təsir edən davranış hislərini azaldacağı, yəni standart müalicələrin solaxayların səhhətini pisləşdirə biləcəyi iddiası irəli sürüldü.

Tədqiqat qrupu bütün bu məlumatlar fonunda elektrikli stimullaşdırma prosedurları vasitəsilə depressiya müalicələrinin sağəlli insanlar üçün standart müalicə, əksinə solaxay insanlar üçün tam əks müalicə aparılmalı olduğunu vurğulayıb. Hər iki yarımkürədə dominantlığı olmayan insanlara isə müalicənin tətbiq olunmamasının vacibliyinə diqqət çəkilib./teleqraf.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar