Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu əlamətlər böyrək xəstəliklərindən xəbəd verir — DİQQƏT

Tarix: 31-10-2019 22:25     Baxış: 3227 A- / A+
Bu əlamətlər böyrək xəstəliklərindən xəbəd verir — DİQQƏT

Böyrək xəstəlikləri adətən heç bir ağrı olmadan inkişaf edib son mərhələyə çatır. Daha sonra isə sidikdə qan və şiddətli ağrı kimi simptomlarla müşahidə olunur.
Manevr.az medicina.az-a istinadən bildirir ki, başlanğıcda heç bir simptom olmadan irəlilədiyi üçün böyrək xəstəliklərinə tutulmamaq üçün əvvəlcədən tədbirlər görmək, müntəzəm yemək və bəzi qidalardan qaçmaq lazımdır.

Bəs böyrək xəstəliyinin əlamətləri nələrdir?

Özünüzü yorğun və bitkin hiss edirsinizsə

Böyrəklərin işləmə funksiyası azaldıqda qan təmizlənə bilməz və qanda zərərli maddələr artır. Bu da insanlarda halszılığa səbəb olur. Bundan başqa böyrək xəstəlikləri anemiyaya səbəb olur və bu da öz növbəsində zəifliyə gətirib çıxarır.

Yata blmirsinizsə

Böyrəklər qanı lazımi səviyyədə təmizləyə bilmədikdə, zərərli maddələr qana keçməyə başlayır. Bu da öz növbəsində yuxu bilməməsi problemini gündəmə gətirir.

Dəriniz qurudur və qaşınırsa

Böyrəklər qandakı mineral və qida maddələrini tarazlaya bilmədikdə, dəridə quruluq və qaşınmaya səbəb olur.

Tez-tez ayaqyoluna gedirsinizsə

Böyrək filtrlərinin zədələnməsi tez-tez sidik ifrazına səbəb olacaq. Xüsusilə gecə saatlarında ayaqyoluna çıxmaq böyrək xəstəliyinin xəbərçisi ola bilər.

Sidikdə qan görünərsə

Böyrək filtrlərinə ziyan dəydikdə qan hüceyrələri sidik yoluna daxil olmağa başlayır. Sidikdən gələn qan böyrəklərin müntəzəm işləmədiyini və ya müxtəlif infeksiyaların olduğunu göstərir.

Ayaqlarınız şişərsə

Böyrək funksiyası azaldıqda, bədəndə natrium tutulmaları əmələ gəlir. Bu, əllərin və ayaqların şişməsinə səbəb olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar