Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi

Tarix: 24-10-2019 22:58     Baxış: 4285 A- / A+
Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi


Sidik qaçırma əsasən qadın problemi sayılır. Sidiyi saxlaya bilməmək halı həyat üçün təhlükəli olmasa da ciddi tibbi-sosial və psixoloji bir problemdir.

Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Xəstəlik bəzən çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər.

Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur. Statistika göstərir ki, 30 yaşdan sonra hər 3 qadından biri bu problemlə üzləşir. Təəssüf ki, qadınların əksəriyyəti bu haldan utanaraq həkimə müraciət etmir.

Bu pozulmanın əsas səbəblərindan biri sidik kisəsinin və sidik yollarının xroniki iltihablarıdır. Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir çox vasitələr var.

Manevr.az medicina.az-a istinadən belə vasitələrdən bəzilərini təqdim edir:

Bağayarpağı dəmləməsi


1 x.q. quru bağayarpağı otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

Qatırquyruğu dəmləməsi


1 x.q. quru qatırquyruğu otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için. İçəndə bal əlavə edin.

Darçın dəmləməsi


1 darçın çubuğunu xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün, zəif odun üzərinə qoyun, qaynara düşəndə qırağa qoyun, soyudun, gündə 2 dəfə yarım stəkan olmaqla için.

Razyana dəmləməsi

1 x.q. razyananın üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin, süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için.

Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, sadaladığımız vasitələr də pozulmanın yalnız ilkin mərhələlərində kömək edə bilər.

Sidik qaçırmanın hallarını azaltmaq üçün həmçinin qəhvə və çayın qəbulunu minimuma azaltmaq, artıq çəkidən xilas olunmaq, qəbizliyi (varsa) müalicə etmək, fiziki aktiv olmaq lazımdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar