Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xurmanı çox yeməyin, ölüm təhlükəsi var- Həkimlər AÇIQLADI

Tarix: 24-10-2019 21:47     Baxış: 3217 A- / A+
Bu xurmanı çox yeməyin, ölüm təhlükəsi var- Həkimlər AÇIQLADI

Hazırda yapon xurması deyilən xurma mövsümüdür. Onun cana faydaları sonsuzdur. Ona görə insanlar bol-bol yeməyə çalışır.

Manevr.az medicina.az-a istinadən bildirir ki, həkimlər bu xurmanı çox yeməyin ciddi fəsad yaradıb, hətta əməliyyata səbəb olması barədə xəbərdarlıq edib.

Belə ki, bu ilin fevralında Moskvada bir kişi çox xurma yeməsi səbəbindəm bağırsağından təcili əməliyyat olunub. Yaşlı kişi o qədər xurma yeyib ki, mədəsində fitobezoar adlı yad kütlə əmələ gəlib. Xurmada olan liflər həll olmayaraq mədədə qalaraq yığılmış, nazik bağırsaqdan keçə bilməmişdi. Kişidə dəhşətli ağrı, bağırsaq keçməməzliyi, mədədə ağırlıq yaranmışdı.
Eyni hal 2 xəstədə də təkrarlanıb.

Səbəb nədir?

Xurmada çox sayda kobud bitki lifləri və taninlər vardır. Onlar yığıcı, büzücü xassəlidir. Mədənin turş mühitində o polimerizasiya olunur və gel formasında kütlə əmələ gəlir.

Fibezoarlar adətən mədədə mey-tərəvəz liflərindən, sellülozadan, toxum, tum, qabıqlardan yaranır.
Bir fibezoarın yaranması üçün 3 ildən 10 ilə kimi vaxt tələb olunur.

Hələ tam yetişməmiş, ağız büzən sarı xurmada daha çox lif olduğu üçün risk də yüksəkdir. Xüsusilə azyaşlı uşaqların mədə-bağırsağı üçün təhlükəlidir.

Böyük insan gündə 120 qramdan artıq xurma yeməməlidir. Gecə isə xurma yemək olmaz. Uşaqlara isə bir dilim yetişmiş xurma kifayətdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar