Sizin Reklam Burada
Xəbər lenti
14 oktyabr
13 oktyabr
12 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Həkimdən orqan bağışlayanlara sərt reaksiya: “Heç kimə lazım deyil...”

Tarix: 07-10-2019 16:35     Baxış: 339 A- / A+
Həkimdən orqan bağışlayanlara sərt reaksiya: “Heç kimə lazım deyil...”

Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafazadə orqanlarını bağışladığını vəsiyyət etdiyini açıqlayıb. Daha əvvəl millət vəkili Qənirə Paşayeva və eks-deputat Ceyhun Osmanlı da belə bir vəsiyyətnamə ilə çıxış etmişdi.

Dünya təcrübəsində geniş istifadə olunan orqan bağışlanması son illər Azərbaycanda da geniş yayılıb. Buna baxmayaraq, orqan donorluğu ilə bağlı müzakirəli məsələlər qalmaqdadır. Belə ki, bir çoxları bunu dini baxımdan düzgün hesab etmir.

Mövzu ilə əlaqədar yenisabah-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, insanın orqanlarını bağışlanması onların torpaqda çürüməsindən daha məqsəd uyğundur:
“Bunun günah olduğunu ancaq bəzi mühafəzəkar, uydurulmuş din sahibləri səsləndirə bilərlər. Halbuki, "Quran"ın Maidə surəsində yazılıb ki, bir insanı xilas etmək, bütün bəşəriyyəti xilas etmək deməkdir. Əgər bir insan ölürsə, bütün orqanları ilə gedib torpağın altında çürüyəcəksə, mövcud vəziyyətdə həmin orqanlara ehtiyacı olan insanlara verilməsi daha məqsədə uyğundur, nəinki onun qurd-quşa yem olması”.

Tibb elmlər doktoru, professor Adil Qeybulla Azərbaycanda bu məsələnin korporativ maraqlarla edildiyini bildirib:

“Məsələ burasındadır ki, orqan bağışlamaq söhbəti yalnız demokratik, donor haqqında qanunu olan ölkələrdə baş tuta bilər. Çünki orada bunun bütün mexanizmləri göstərilir. Bizdə isə bunun altında kriminal dayanır, korporativ maraq dayanır. Burda orqanı bağışlamaqdan yox, satmaqdan söhbət gedir. Mən hesab edirəm ki, donor haqqında qanun olmalıdır və ən əsas insanlar buna hazırlanmalıdır. Orqanlar beyin ölümü keçirmiş şəxslərdən götürülür. Bizdə isə insanlar buna hələ hazır deyil. Bizdə kim imkan verər ki, beyin ölümü keçirmiş övladından, qohumundan orqan götürülsün? İnsanları başa salmaq lazımdır ki, həyatını bitirməkdə olan insan başqa bir insanın həyatına başlanğıc verir. Ən azından insanlara bunu aşılamaq, onları psixoloji cəhətdən hazırlamaq lazımdır. Donor haqqında qanun layihəsi, donor bankı olmalıdır. Bizdə donor qohum-əqrəba, ata, qardaş, bacıdır. Axı bu insanların nə günahı var? Əgər qanun layihəsi ilə deyil, başqa yolla baş tutsa, istənilən belə addım kriminala yol açacaq”.

Professor həmçinin, orqanlarını vəsiyyət edən insanlara da münasibət bildirib:

“Vəsiyyət edən insanlara gəlsək, 60-70 yaşında insanın orqanı heç kimə lazım deyil. Orqan kifayət qədər cavan olmalıdır. Yəni, yaş dəyişikliklərinə az məruz qalan orqan faydalı olur. Bizdə bu mümkün ola bilərdi, amma donor bankı olsaydı. Donor bankı yoxdursa, bu necə baş verə bilər? Mücərrəd fikirlərdir”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar