Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda İİV infeksiyasına yoluxanların 85 faizini bu insanlar təşkil edir

Tarix: 03-10-2019 16:33     Baxış: 3219 A- / A+
Azərbaycanda İİV infeksiyasına yoluxanların 85 faizini bu insanlar təşkil edir


"Azərbaycanda İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir".

Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov "QİÇS-ə birlikdə qalib gələk" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 15-49 yaşlı insanların İİV infeksiyasına yoluxanların 85 faizini təşkil etməsinin də öz səbəbləri var: "Bu səbəblər həmin dövrdə cinsi aktivliyin çox olması, narkotikaya olan meyilliliyin daha çox müşahidə edilməsidir. Buna görə də xəstəliyə yoluxmada əsas risk qrupu gənclərdir".

N.Zülfüqarov əlavə edib ki, ölkədə səhiyyə ilə bağlı 12 dövlət proqramı icra edilir ki, onun da biri İİV infeksiyası ilə bağlıdır.

Hazırda Azərbaycanda 2016-2020-ci illər üzrə İİV/QİÇS-lə mübarizəyə dair tədbirlər planı həyata keçirilir. Həmin tədbirlər planının bir hissəsi gənclər arasında maarifləndirmə işlərinin aparılmasıdır./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar