Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təzyiq necə ölçüməlidir? - Vacib qaydalar

Tarix: 29-09-2019 23:05     Baxış: 3251 A- / A+
Təzyiq necə ölçüməlidir? - Vacib qaydalar

Arterial təzyiqi ölçməyi təkcə tibb işçiləri deyil, hər kəs bilməlidir. Günümüzdə bunu bilənlər çoxdur. Amma düzgün qaydada ölçməyi bilənlər azdır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arterial təzyiqin düzgün ölçülmə qaydasını açıqlayıb.

Manevr.az e-tibb.az-a istinadən həmin qaydaları təqdim edir:

- Xəstə sakit vəziyyətdə belini oturacağa söykəyib oturduqdan sonra arterial təzyiq ölçülməlidir.

- Arterial təzyiq qida, dərman preparatları qəbul edilməzdən əvvəl və fiziki fəaliyyətdən əvvəl ölçülməlidir.

- Təzyiq ölçən zaman kəskin hərəkət etmək və danışmaq olmaz.

- Tonometrin manjet hissəsi dirsəkdən 1,5-2 santimetr yuxarı olmaqla, bazu nahiyəsinə ürək səviyyəsində bağlanmalıdır.

- Təkrar təzyiq ölçmə proseduru 15 dəqiqə fasilə ilə, 2-3 dəfə aparılmalı və nəticələr qeyd olunmalıdır.

Təzyiq ölçülən zaman bunları edin:

- Əyləşin və belinizi düz saxlayın.

- Qolunuzu qalın və dar geyimdən azad edin. Geyimin qolu çox dardırsa yuxarıya doğru çəkmək doğru deyil.

- Qolunuzu masa üzərinə elə formada uzadın ki, tonometrin hündürlüyü ürəyinizlə eyni səviyyədə olsun.

- Oturacağın uzunluğu ilə oturacağın bel nahiyəsinin hündürlüyü 25 sm-dən 30 sm-ə qədər olmalıdır.

Qan təzyiqinin səviyyələri:

120/80 mm civə sütunu- Optimal qan təzyiqi,

130/85 mm civə sütunu - Normal qan təzyiqi

139/89 mm civə sütunu - Yüksək/normal qan təzyiqi

140/89 mm civə sütunundan başlayaraq arterial hipertenziya diaqnozu qoyula bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar