Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Siqareti atanların ürəyi neçə ilə bərpa olunur? – İnanılmaz nəticə

Tarix: 26-09-2019 10:05     Baxış: 3231 A- / A+
Siqareti atanların ürəyi neçə ilə bərpa olunur? – İnanılmaz nəticə


Siqaret çəkmək ürək-damar sisteminə çox ciddi ziyan vurur, insult və infarktın riskini bir neçə dəfə artırır.

Manevr.az saglamolun.az-a istinadən xəbər verir ki, hal hazırda ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yer tutur.

Əvvəllər belə hesab olunurdu ki, siqareti tərgitdikdən 5 il sonra insultun riski azalır və heç vaxt siqaret çəkməyən insanlarda olduğu səviyyədə müəyyənləşir. Lakin ABŞ alimlərinin yeni araşdırması göstərib ki, ürəyin və damarların tam bərpası üçün daha çox vaxt tələb olunur.

Alimlər 50 il ərzində 8700 siqaret atan insanın sağlamlıq göstəricilərini analiz etdikdən sonra belə nəticəyə gəlib ki, ürək və damarların tam bərpası üçün 5 deyil, hətta 10 deyil, 15 il (!) tələb olunur. Məhz siqareti atandan 15 il sonra infarkt və insultun inkişafı riski heç vaxt siqaret çəkməyən insanlarda kimi olur.

Lakin bu ən qorxunc nəticə deyil. Alimlərin sözlərinə görə, ürək və damarlar ən tez bərpa olunur. Ağciyər, beyin və s. orqanların bərpası üçün bundan da çox vaxt lazımdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar