Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pediatr: "Körpəyə bu dərmanı vermək cinayətdir"

Tarix: 22-09-2019 22:18     Baxış: 3256 A- / A+
Pediatr: "Körpəyə bu dərmanı vermək cinayətdir"

Uşaqların yuxusuz qalması valideynlərin vacib problemlərindən biridir. Bunun üçün bəzən analar həkim təyinatı olmadan bir sıra dərman preparatlarından istifadə edirlər.

Onlardan biri də anaların bir-birlərinə məsləhət bildiyi və "köməkçi yuxu dərmanı" sandıqları ketotifendir.

Bəs ketotifendən istifadə nə qədər doğrudur?

Manevr.az medicina.az-a istinadən xəbər verir ki, pediatr Xəyalə Quliyeva "ən gözəl yardımçı" olan ketotifenin törədə biləcəyi kəskin fəsadlardan danışıb.

Həkimin sözlərinə görə, analar övladlarında yuxusuzluğu müşahidə etdikləri zaman bunun səbəblərini araşdırmadan ketotifen verirlər: "Analar bilməlidir ki, ketotifen yuxu dermanı deyil. O allergiya əleyhinə dərman preparatıdır və göstərişsiz istifadəsi uşağa zərər vurar. Göy öskürəklər uşaqda müşahidə olunarsa və başqa dərmanlar effektini göstərməzsə, o zaman bu dərman son çarə kimi yazıla bilər".

"Analara tövsiyə edirəm ki, kim bu dərmanı vermək istəyərsə, birinci özü içsin, rahatlayarsa və problem çıxmazsa, o zaman uşağına da versin. Ancaq bilirəm ki, bir dəfə dərmanı qəbul edən ana ikinci dəfə istifadə etməz", - deyə pediatr bildirib.

Uşaqlarda yuxu problemi ümumiyyətlə diaqnoz deyil. Yuxu pozğunluğunun hansısa xəstəliyin əlaməti ola biləcəyini və ya normal hal kimi dəyərləndirilə biləcəyini deyən Quliyeva, uşaqların ilkin adaptasiya dövründə yuxu problemi yaşaya biləcəyini qeyd edib.

"6 aydan sonra diş çıxarma prosesi başlayır. Buna görə yuxusuz qala bilərlər. Anemiyalar, qeyri-düzgün qidalanma zamanı da bu hal yaşana bilər. Bəzən körpələrə gecə 11-də kaşa və ya sup verilir, təbii ki, bu zaman uşaq yatmayacaq. Belə hallarda o dərmandan istifadə etmək cinayətdir", - deyə Quliyeva vurğulayıb.

Həkim dərman preparatının zərərlərindən də danışıb: "Ketotifen sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilər. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz. Çünki yuxu dərmanı deyil, anaların köməkçisi deyil. Yuxu pozğunluğu varsa, pediatrla birgə səbəbini araşdırmaq lazımdır".

Qeyd edək ki, ketotifen asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar