Sizin Reklam Burada
Xəbər lenti
20 oktyabr
19 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Balakən kəndlərində karantin elan olunub? (VİDEO)

Tarix: 18-09-2019 19:25     Baxış: 352 A- / A+
Balakən kəndlərində karantin elan olunub? (VİDEO)

"Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərinin əhalisi dəhşətli naməlum xəstəlikdən əziyyət çəkirlər. Məlumata görə uşaqların, gənclərin, hətta körpələrin bədənini qara yaralar örtüb. Bəzilərinin qulaqlarından qan axmağa başlayıb. Hazırda bu xəstəlik böyüklərə keçib, hər iki kəndin camaatı təşviş içindədir. Kəndlərdə karantin elan olunduğu barədə məlumat var”.

Manevr.az bildirir ki, ARB TV-nin əməkdaşları sosial şəbəkələrdə yayılan bu məlumatla bağlı sözügedən kəntdə olub və məsələni araşdırıblar.

Kənd sakinləri isə deyirlər ki, yayılan bu məlumatlar həqiqəti əks etdirmir, belə bir epidemik xəstəliyin yayılması ilə bağlı heç bir təhlükə yoxdur, karantin elan edilməyib.

Rəfael Oynağanov - Qaysa kənd sakini: "Yalandan saytlara belə məlumatlar yerləşdirib insanları narahat edirlər. Bizə də Bakıda yaşayan qohumlar zəng edib deyirlər ki, orada naməlum bir xəstəlik yayılıb. Lakin bizdə belə bir məlumat yoxdur.

Ayşə Herayeva – Qaysa kənd tibb məntəqəsinin həkimi: "Bu yayılmış informasiya ilə əlaqədar olaraq biz də narahatlıq yaşayırıq. Kəntdə bu vaxta qədər heç bir karantin vəziyyət elan olunmayıb. Həmin kəntdəki sakinlər tərəfimizdən yoxlanılıb. Heç bir naməlum epidemik xəstəlik aşkarlanmayıb. Barəsində məlumat yayılan şəxs isə bir neçə ay öncə dəri xəstəliyinə yoluxub. O isə müalicə olunub və hazırda sağlamdır”.

Səhiyyə Nazirliyi də məsələyə biganə yanaşmayıb.

Pərviz Əbubəkirov – Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri: "Hazırda soyuqdəymə və mövsümi xəstəliklərlə bağlı müraciət edənlər var, lakin hansısa epidemik xəstəliyin yayılmasından söhbət belə gedə bilməz. Çox güman ki, bu məlumatı sosial şəbəkədə yayan səhifə diqqəti öz üzərinə çəkməyə çalışıb. Bunun araşdırılması başqa qurumların işidir. Yayılan bu məlumat həqiqətə uyğun deyil”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar