Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tez-tez tualetə getmək xərçəng əlamətidir? - Həkimdən QORXUNC XƏBƏRDARLIQ

Tarix: 06-09-2019 17:06     Baxış: 4246 A- / A+
Tez-tez tualetə getmək xərçəng əlamətidir? - Həkimdən QORXUNC XƏBƏRDARLIQ


Türkiyəli ginekoloq Emel Kurtoğlu Özdeşin sözlərinə görə, tez-tez sidiyə çıxmaq xərçəng xəstəliyinin əlaməti ola bilər.

Manevr.az xəbər verir ki, yumurtalıq xərçəngi müəyyən edilməsi çətin olan qadın xəstəlikləri arasında yer alır. Həkimin sözlərinə görə, diaqnozu əsasən daha irəli mərhələdə müəyyən olduğu üçün qadınlarda ən çox ölümə səbəb olan xəstəliklərin başında gəlir. Ailə üzvlərində yumurtalıq və ya döş xərçəngi olan qadınların xəstəliyə yaxalanma riski daha yüksəkdir. Eyni zamanda, sonsuzluq, şokolad kisti ilə mübarizə aparan, siqaret istifadə edən və kök qadınlar da yumurtalıq xərçəngi riski daşıyır.

Yumurtalıq xərçənginin ən mühüm əlamətləri belədir:

Qarın şişkinliyi;


Yemək istəyinin az olması və ya tez doyma hissi yaşamaq;

Tez-tez sidiyə çıxmaq;


Təkrarlanan qasıq və ya qarın ağrısı.

Yumurtalıq xərçənginin əlamətləri


Bu şikayətlər son bir il ərzində ilk dəfə ortaya çıxıbsa və ya ayda 12 dəfədən çox təkrar edirsə, problemləri yaşayan xəstə vaxt itirmədən həkim müayinəsindən keçməlidir. Lazım görüldüyü təqdirdə xəstənin ginekoloji xərçəng cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkimə istiqamətləndirilərək lazımi müalicənin başlanması təmin edilir.

Erkən diaqnostika müalicə şansını artırır


Keçmiş dövrlərdə "səssiz qatil" kimi qəbul edilən və irəliləmiş mərhələlərdə müəyyən edilə bilən yumurtalıq xərçəngi xəstələrin yaşama şanslarını minimuma endirirdi, dövrümüzdə isə inkişaf edən müalicə üsulları və texnoloji yeniliklər yumurtalıq xərçənginin diaqnoz və müalicə şansını artırmağa başlayıb. Həmçinin illik ginekoloji müayinə və ultrasəs təkcə yumurtalıq xərçəngi üçün deyil, bütün pelvis orqanlarının da müayinədən keçməsi mühüm əhəmiyyət daşıyır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar